Ermənilər artıq Bakıdadırlar

28.06.2014 - 10:16

Ermənistan parlamentinin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

Cumhuriyyet.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə,
nümayəndə heyəti tərkibinə “Daşnaksütun” fraksiyasının katibi Aqvan
Vardanyan, “Respublikaçılar Partiyası” fraksiyasından olan deputat
Artaşes Qeqamyan, “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat
Stepan Marqaryan, parlamentin beynəlxalq şöbəsinin nümayəndəsi Anait
Qasparyan və XİN təmsilçisi Vaqe Qevorkyan daxildir.
Aqvan Vardanyan erməni mətbuatına açıqlamasında bildirib ki, hər şey qaydasındadır və onlar artıq mehmanxanaya yerləşiblər.
Qeyd edək ki, Bakıda baş tutan sessiya iyunun 28-dən iyulun 2-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=8933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31