Ramazanı sağlam keçirməyin 9 yolu
düşməsinə görə mütəxəssislər oruc tutanlara Ramazanı problemsiz
keçirmələri üçün məsləhətlər veriblər
Xüsusilə iftarla imsak arasında ən azı 12 stəkan su içib, lifli tərəvəzləri süfrədən əskik etməmək lazımdır.
Ramazanda
qidalanma proqramında buraxılan səhvlər ürək döyüntüsündən başlamış
nəbzin düşməsinə qədər müxtəlif cür problemlərin ortaya çıxmasına yol
aça bilər.
Ramazan ayını sağlam şəkildə başa vurmaq üçün Dr.Vüqar İsmayılzadə FaktXəbər oxucuları üçün bəzi məsləhətlər verdi:
1.
Üç dəfəyə qidalanın: Mütləq 3 dəfəlik qida norması həyata
keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri
Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. Obaşdanlığın edilməməsi
isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına,
metabolizmanın (maddələr mübadiləsinin, həzmin) yavaşlaması üzündən
çəkinin artmasına səbəb ola bilər.
2. İmsakı yüngül edin: İmsak
süfrənizdə daha uzun tox saxladığı üçün protein tərkibi yüksək yumurta
və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer
almalıdır.
Çünki lifli qidalar qandakı şəkəri tənzimləyir. Bal və
mürəbbə məsləhət deyil. Çünki qandakı şəkəri ani surətdə qaldırdığı və
endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. Yediyiniz pendir və
zeytunun duzuna da fikir verin.
3. Sürətli yeməyin: Orucu su,
xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə geçmək
daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq
yaradır.
Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun
yağında bişirilmiş səbzəyə üstünlük verin. Yeməyinizi mərci, noxud,
yarma ilə zənginləşdirə bilərsiniz.
4. Şirin istehlak edin, amma:
Yeməkdən sonra şirin qida istehlak edin, amma dərhal sonra yox. 1-2
saatdan meyvə və ya şirin çörək yeyin.
Amma qəbul olunacaq şirin
qidanın şərbətli, daha çox xəmirli və qızartma olmamasına diqqət edin.
Xüsusilə mövsümi meyvələrindən hazırlanan qidalar daha düzgün seçim
olar.
5. Lifli qidalar istehlak edin: İftarda və ya imsakda çox
yağlı, çox duzlu və çirkin qidalardan çəkinin. Çünki bu qidalar gün
ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək
təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq
sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli səbzələr, o
cümlədən pomidor, xurma və ya təzə meyvələr istehlak edin.
6.
Loxmanızın miqdarını azaldın: İftarda sürətli yemək mədə problemləri
başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Səhhətiniz
üçün uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələrlə
yavaş-yavaş və uzun müddətə yeyin.
7. Qızartma yeməyin: Ətləri
sobada və ya gözdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm
olunur. Ətli səbzə yeməklərini bişirərkən də yağ əlavə etməyin, yalnız
ətin öz yağında bişməsinə üstünlük verin.
8. Su itkisinə diqqət:
Yay aylarında tərləmə maye itkisini yüksəldir. Sudan əlavə evdə
hazırlanmış az şəkərli limonad, ayran, meyvənin öz şəkəriylə bişirilmiş
kompot daha önəmlidir. İftardan imsaka qədər ən azı 12-15 stəkan su
için. Çay və qəhvə kimi mayelərdən çəkinin.
9. İftardan sonra
gəzin: İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı
olar. Eyni zamanda, bu addım zəifləyən metabolizmanızı də
sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8943