Braziliya 1/4 finalda!
Cumhuriyyet.az milli.az-a istinadən xəbər verir ki, Braziliya – Çili oyunu bitdi. Penaltilər seriyasında Braziliya 3:2 hesabı ilə qalib gəldi.
Bu gün Braziliyada keçirilən dünya çempionatının final mərhələsində həlledici oyunlara start verildi. Cumhuriyyet.az apasport-a istinadən xəbər verir ki, olimpiya sistemi ilə davam etdiriləcək mundialın ilk 1/8 final qarşılaşması baş tutdu.
Dünya
çempionatı kimi pley-off da meydan sahiblərinin oyunu ilə start
götürdü. Cənubi Amerika təmsilçilərinin duelində Braziliya Çilini sınağa
çəkdi.
Hərəyə 2 qələbə qazanan komandalar ilk 1/4 finalçını
müəyyənləşdirdi. Bu oyunun qalibi növbəti mərhələdə də Cənubi Amerika
komandası ilə – Kolumbiya – Uruqvay görüşünün qalibi ilə üz-üzə gələcək.
1/8 final
28 iyun
Braziliya – Çili – 1:1
Baş hakim: Hovard Uebb
Qollar: Luis, 17 – Sançes, 33
Penaltilər
seriyası: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0); Sançes, (1:0);
Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2);
Qonzalo (3:2)
Belu-Orizonti. “Mineyro” stadionu
Braziliya: Julio Sezar, Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Fernandinyo, Oskar, Luis Qustavo, Halk, Fred, Neymar
Çili:
Klaudio Bravo, Euqenio Mena, Maurisio İsla, Fransisko Silva, Aleksis
Sançes, Eduardo Varqas, Arturo Vidal, Qari Medel, Qonzalo Xara, Karles
Aranqis, Marselo Dias
——–
23:39
Cumhuriyyet.az milli.az-a istinadən xəbər verir ki, Braziliya – Çili oyununun əlavə vaxtı başa çatdı. Braziliya – Çili – 1:1.
——–
22:54
21:33
Braziliya – Çili oyununda ikinci qol vuruldu. Oyunun 32-ci dəqiqəsində Çilinin oyunçusu Aleksis Sançez fərqləndi. Braziliya – Çili – 1:1.
——–
21:19
Braziliya – Çili oyununda hesab açıldı. Oyunun 18-ci dəqiqəsində Braziliyanın oyunçusu David Luiz fərqləndi. Braziliya – Çili – 1:0.
——–
21:01
Cumhuriyyet.az milli.az-a istinadən xəbər verir ki, Braziliyada keçirilən Dünya çempionatında 1/8 finalın ilk görüşündə Braziliya – Çili oyunu başladı.
——–
11:36
Futbol
bayramı qaldığı yerdən davam edir. Cumhuriyyet.az xəbər verir ki, bu gün 1/8
finalın ilk görüşləri keçiriləcək. Braziliya millisi Çilinı sınağa
çəkəcək. Çilinin qorxulu yuxusuna çevrilən Braziliya millisi 3 dəfə
onları mundialdan uzaqlaşdırıb.
Bu baxımdan Çili üçün intiqam
almaq üçün yaxşı fürsətdir. Növbəti qarşılaşmada isə Kolumbiya və
Uruqvay milliləri münasibətlərinə aydınlıq gətirəcək.
28 İyun
1/8 final
21:00. Braziliya – Çili
01:00. Kolumbiya – Uruqvay
Short URL: http://www.cumhuriyyet.net/?p=8951