Bu günün Ulduz falı

29.06.2014 - 00:00

Qoç – Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
kafi bildiyiniz bütün vasitələrə əl atın. Yaxın gələcəklə bağlı
perspektiv planlar hazırlayın. Qərarlarınıza və əməllərinizə görə
məsuliyyət daşıdığınızı unutmayın. Belədə işlərdə irəliləyəcək, gəlir
əldə edəcəksiniz. Başqalarından fərqli durumda olduğunuzu, çeşidli
imtiyazlar yiyəsinə çevrildiyinizi düşünməyin.
Tənqidləri düşmənçilik izharı kimi anlamayın. Rəqiblər və bədxahlar sakit durmayıblar.
 
Buğa – Ənənəvi vasitələr və adət etdiyiniz metodlar bu gün xüsusilə effektiv
olacaq. Özünüzü pis hiss etməyəcəksiniz. Standart metodlara və
elementar sağlam məntiqə əsaslanaraq davranın. Mübahisəli məsələlərdə
qanuna riayət edin, riskli addımlar atmayın, avantüralara qatılmayın.
Özünüzə
əmin olun. Şəxsi təcrübəniz və intuisiyanıza güvənə bilərsiniz.
Səbirsiz həmkarlar, gənc tərəfdaşlar sizi yoldan sapdırmağa
çalışacaqlar. Ekstravaqant, xarizmatik təsir bağışlayan təkliflərə
aldanmayın. Sakit olsanız, rəqibi üstələyə bilərsiniz.
 
Əkizlər
İrəliyə doğru hərəkətə ötənlərdən qalmış çözülməmiş problem mane ola
bilər. Borcları qaytarın, ziddiyyətləri aradan qaldırın. Yarımçıq qalmış
işləri başa vurun. Sənədlərlə iş, dövlət qurumlarına baş çəkmək üçün
əlverişli zamandır. Problemlərlə üzləşəndə ruhdan düşməyin. Yaranmış
situasiya ilk baxışdan çox pis təsir bağışlasa da, onun müsbət tərəfləri
də var. Sədləri dəf etmək üçün aldığınız informasiyadan faydalanın.
Yeni tanışlıq və ya ideya karınıza gələ bilər.
 
Xərçəng – Maraqlarınız yaxın ətrafınızdakı insanlardan birinin tələbləri və ya
istəkləri ilə toqquşa bilər. Çalışdığınız yerin, kollektivin tələblərini
qulaqardına vurmayın. Başqasından asılı vəziyyətə düşsəniz,
çətinliklərlə qarşılaşacaqsınız. Sifariş aldığınız müştəriləri aldatmağa
çalışmayın. Diplomatik və təmkinli davranın, amma gərəkli məqamlarda
sərt olmağı da unutmayın. Əksliklərlə fikir ayrılıqlarının dəf olunması
sizə yeni səviyyəyə yüksəlməyə imkan verəcək.
Problemlərin həllindən qaçsanız, geriləyəcək, bir neçə addım arxaya düşəcəksiniz.
 
Şir – İllüziyalara qapılmayın, xəyallar aləmini tərk edin. Yeni planların
reallaşdırılması ilə məşğul olun. Niyyət və istəkləriniz sərt gerçəkliyə
dəyərək çilik-çilik ola bilər. Əzmlə çalışın, çətinlikləri aradan
qaldırın, maneələri dəf edin. Tez uğura və nailiyyətlərə aparan yolda ən
böyük maneə səhhətinizdə çətinliklər ola bilər. İdarəetmə
bacarıqlarınızı nümayiş etdirin. Səbirli və intizamlı olun. Nəzərdə
tutduğunuz səfər baş tutmaya bilər. Mühüm qərarı ertələyin.
 
Qız – Yaşam sizdən şəxsi münasibətlər müstəvisində alternativ yolların
axtarışını tələb edir. İşdə problemlərin həllinə yaradıcı yanaşın.
Rutin, yeknəsəq olmayın. Yaxın ətrafınızdakı insanlardan birinin
cəsarətli çağırışı və ya timsalı sizə təsir edə bilər. Stressə səbəb
olmamaq üçün köklü dəyişikliklərə başlamayın. Əvvəlki ideal və
mövqelərinizdən bəzilərindən imtinaya hazır olun. Fəqət ideallardan
total imtinaya ehtiyac yoxdur.
Qarşılıqlı münasibətlərdəki əksliklərlə ziddiyyətləri danışıqlarla həll etmək olar. Radikal, inqilabi vasitələrə əl atmayın.
 
Tərəzi – Önəmli qərar və mühüm addımlardan əvvəl yaxşıca düşünüb-daşının.
Tələskənliyə
yol verməyin. Yalnız belə davransanız, qarşılaşdığınız problemləri həll
edə bilərsiniz. Ailə üzvlərindən biri ilə münasibətlərdə anlaşılmazlıq
yarana bilər. O şəxs fərdiyyətçidir. Şərait tələb edirsə, aşkar
qarşıdurmaya və ya konfrontasiyaya getməkdən çəkinməyin.
Eyni zamanda güzəşt imkanlarını əldən verməyin. Dəyər verdiyiniz insandan üzr istəyə bilərsiniz.
 
Əqrəb – Uğurlu gündür və situasiya da sizin işlərinizin irəliləyişini ehtiva
edir. İntuisiyanıza inanın. Diqqətli və sayıq olun. Gərəkli
informasiyanı ciddi çətinlik çəkmədən tapacaqsınız. Həmsöhbət və
həmfikirlərin seçilməsində sayıq olun. Sənədlərlə iş, dövlət
qurumlarındakı məsələnin həlli üçün əlverişli zamandır. Qısa səfər
istisna deyil. Həmkar və ya qohumla təcili əlaqə saxlamağa lüzum yarana
bilər. Növbəti “sürpriz”lə, ağır problemlə qarşılaşanda təlaşa
qapılmayın. Problemi işçi qaydada həll edin.
 
Oxatan
Maliyyə fonu uğurlu deyil. Məntiqli olun, önəmli qərarları qəbul
etməzdən əvvəl yaxşıca düşünün. Alış-verişə yollananda prioritetləri
bəlirləyin. Bədxərclik etməyin. Əks halda ən zəruri nəsnələrə pul
çatmaya bilər. Qəfil gəlir və ya sifariş mənbəyi istisna deyil.
Ehtiyatda bir qədər vəsait saxlayın.
Biznes, kommersiya, idarəetmə, marketinq üçün əlverişli zamandır.
Əsas vəsait fondunun artırılmasını düşünün. Ailə büdcəsinə zərbə vurmayın.
 
Oğlaq
Prinsipial məsələlərdə qətiyyətli olun. Mövqelərinizdən əsla geri
çəkilməyin. Qarşılıqlı münasibətlərdəki növbəti böhranı dəf etməlisiniz.
Emosiyalarınızı aşkarlamayın. Kimsəyə imkan verməyin ki, hisslərinizlə
oynasın. Əks təqdirdə rəqiblər və ya bədxahlar zəifliyinizdən
yararlanaraq sizi üstələyəcəklər.
Çətin anlarda, ağır
situasiyada qəflətən kənardan yardım alacaqsınız. Bu, gərəkli məlumat,
informasiya, vaxtında verilən dəstək ola bilər. Məktub və ya xəbər
almağınız istisna deyil.
Səbirli, təmkinli olun.
 
Dolça – Sizin üçün əhəmiyyətli olayların kölgədə qalan məzmununu, əsl
mahiyyətini anlamağa çalışın. Məqsədə çatmaq üçün səyləri, vaxtı,
maliyyə imkanlarını əsirgəməyin. Başqasının problemlərini ön plana
çəkərək öz işlərinizi unutmayın. Kollektiv problemlərin həlli zamanı
sizə dəxli olmayan məqamlara görə mənafeyinizi qurban verməyin. Fəqət,
yaxın ətrafınızdakı insanlara yardım etməyi də unutmayın. Köhnə borcları
ödəyin, mövqelərinizi daha səbatlı edin.
 
Balıqlar
Uzaqgörən olun, strateji düşünməyə çalışın. Xəyalpərvər olmayın, bir
qədər praqmatik davranın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün
qətiyyətli olun.
Yaxın gələcəklə bağlı perspektivləri dəqiq
müəyyənləşdirin. Dürüst mövqe tutaraq irəliləməyə çalışın. Dostlarla
ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumların məsləhətlərini dinləyin.
Tənqid və iradlara həddən artıq sərt reaksiya göstərməyin. Özünüzə
kənardan baxmağı bacarın.

Short URL: http://www.cumhuriyyet.net/?p=8952

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31