Zakir Həsənovdan orduya “qana-qan” tapşırığı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan
tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib. Son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində
sakitlik daim pozulur. Ermənistan
silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan
ərazilərində mövqelərimizi, eləcə də mülki vətəndaşları atəşə tuturlar.
Verilən hər
itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir.
Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrimizin yaxınlığında olmasından
istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də
belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur.
Etibarlı
mənbələrdən əldə edilən məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan
sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi
təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə
xüsusi tapşırıq verib.
Nazir hansı
düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş
nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa,
darmadağın edilməsi göstərişini verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8956