Mədət Quliyevin daha bir ifşası

29.06.2014 - 00:57

Penitensiar Xidmət “etirafçı” məhbusların
mətbuat xidmətinə çevrilib

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansı dövlət başçısı İlham Əliyevin
AŞPA- nın sessiyasında insan haqları və siyasi məhbuslarla bağlı çıxışına,
Penitensiar Xidmətin bəzi dustaqlardan “etirafedici” ifadələr alması, eləcə də
son zamanlar bir sıra siyasi məhbusların hüquqlarının pozulmasına dair bəyanat
qəbul edib.

Bəyanatda deyilir; “24 iyun 2014- cü ildə AŞPA- nın
sessiyasında çıxış edən dövlət başçısı İlham Əliyevin israrla “Azərbaycanda
siyasi məhbus yoxdur” fikrini bəyan etməsi, seçkilərin saxtalaşdırılması və
insan haqlarının pozulmasına dair sual verən deputatları yalan danışmaqda
ittiham edib onlara barmaq silkələməsi ölkəmizdəki acı reallıqdan xəbər verir.
Bu mövqe həm də onu göstərir ki, hakimiyyət öz xoşu ilə siyasi məhbusları
azadlığa buraxmaq, demokratik dəyərləri bərpa etmək istəmir.

Dövlət başçısının AŞPA- da sərgilədiyi mövqeyə
adekvat olaraq Azərbaycan höküməti ictimai- siyasi fəaliyyətinə görə şərləyib həbs
etdiyi siyasi məhbusları həbsdən azad etmək əvəzinə onların hüquqlarının
tapdanması istiqamətində qeyri- qanuni fəaliyyətini davam etdirir.

“REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun,
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və İsmayıllı hadisələri ilə
bağlı həbs edilənlərin, həmçinin Müsavat Partiyası başqanının müşaviri Yadigar
Sadıqovun apellyasiya şikayətlərinə baxılmasının heç bir səbəb olmadan
uzadılması isti yay günlərində İstintaq Təcridxanasında saxlanılan həmin şəxslərinsəhhətlərinə mənfi təsir göstərməklə
onların hüquqlarını mədudlaşdırır və pozur. Bu faktın özü mübarizəsini dəmir
barmaqlılar arxasında da ləyaqətlə davam etdirən adı çəkilən məhbuslara qarşı
növbəti təzyiq və qanun pozuntusudur. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansı olaraq İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqovun və digər məhbusların apellyasiya şikayətlərinə təxirə salınmadan baxılmasını,
onlara bəraət verilərək həbsdən azad edilməsini tələb edirik.

Digər siyasi məhbus, tanınmış jurnalist Pərviz Həşimlinin
“Mediaforum” saytının suallarını cavablandırdığı üçün Bakı İstintaq Təcridxanasında
cərimə otağına salınması təkcə qanunlara deyil, heç bir sağlam məntiqə və təfəkkürə
sığmır. Acınacaqlı haldır ki, haqqında irəli sürülən qondarma ittihamlar barədə
qələm yoldaşlarının suallarını cavablandıran Pərviz Həşimli ilə bağlı Penitensiar
Xidmət qanunsuz olaraq sərt cəza tədbiri gördüyü halda “işlətdiyi” suça görə
etiraf edici izahatlar aldığı məhbus “NİDA”- çıların ictimai əsaslarla çalışan
Mətbuat Xidməti rolunu oynayır. Yalançı vədlər və psixoloji təzyiq altında
onlardan aldığı bəyanatları öz saytında dərc edərək yerli və beynəlxalq
ictimaiyyətə “Azərbaycanda siyasi məhbus yoxdur” mesajını verməklə məşğuldur. “NİDA”-
çı gənc ictimai fəal Elsəvər Mürsəllidən də bir neçə gün öncə alınan “etirafedici”
ifadə yuxarıda deyilənlərə misaldır. Dünyanın heç bir yerində Penitensiar Xidmətlərin
qarşısında belə vəzifələr qoyulmur və həmin qurumlar belə “xidmətlər”-lə məşğul
olmur. Yaxşı olardı ki, Mədət Quliyevin rəhbərlik etdiyi Penitensiar Xidmət həbsxanalarda
olan yarıtmaz saxlama şəraiti, məmur özbaşınalığı, işgəncə və korrupsiya
hallarının aradan qaldırılması ilə məşğul olsun.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
bir daha Azərbaycan hakimiyyətini qanunsuz həbsdə saxladığı siyasi məhbusların
hüquqlarının tapdanması ilə müşayət olunan onlara qarşı həyata keçirilən mənəvi, psixoloji təzyiqləri
dayandırmağı və onları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31