İraq ordusundan İŞİD-ə şok zərbə
İraqın şimalında Tikrit şəhəri İŞİD-dən geri alınıb. Bu barədə Səlahəddin bölgəsinin qubernatoru Əhməd Abdullah söyləyib.
Abdullah İraq ordusunun Tikriti havadan 4 istiqamətdən mühasirəyə
alaraq İŞİD-ə qarşı hücum etdiyini bildirib. Hal-hazırda ordunun şəhərə
girdiyi qeyd edilib.
Yaşanan qarşıdurmalar zamanı 60 nəfərin öldüyü, ordunun Qubernatorluq binasını ələ keçirdiyi bəyan edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8958