Ramin Hacılıdan xanım yazara hamının gözü qarşısında şok təklif
“Mən buradan ona evlənmə təklifi edirəm”
İyunun 28-də Bakıdakı Muğam Mərkəzində keçirilən TED x tədbirində
maraqlı olay yaşanıb. Tədbirdə məruzəçi kimi ” Yüklənmə” mövzusunda
çıxış edən Ümid Partiyasının sədr müavini Ramin Hacılı yekunda hamını
şoka salacaq bir addım atıb. O, çıxışının sonunda tanınan
yazıçı-jurnalist Aysel Əlizadəyə evlənmək təklifi edib.
Həmin tədbirdə A.Əlizadə zalda olub və videodan da göründüyü kimi
xanım yazarın özü üçün də təklifin auditoriya qarşısında səsləndirilməsi
gözlənilməz olub.
R.Hacılı Aysel Əlizadə ilə ilk tanışlığı haqda danışıb. O, deyib ki,
ötən il prezident seçkiləri günü Aysel Əlizadə ilə tanış olub: “Seçkilər
günü biz tanış olduq. Onun əvvəllər evli olduğunu, bir övladının
olduğunu bildim. Amma eşitdim ki, hazırda evli deyil. Təbii ki,
ümidləndim. Ümidləndim və… Burdan ona evlənmə təklifi edirəm”.
R.Hacılının bu təklifi zalda böyük coşğuya səbəb olub və alqışlarla qarşılanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8959