Kürd lideri İŞİD-ə qarşı Azərbaycandan kömək istədi

29.06.2014 - 01:38

İraqda bir çox bölgələri ələ keçirən “İraq və Şam İslam
Dövləti” (İŞİD) yaraqlıları neft terminallarını və neftayırma
zavodlarını tutmaq üçün şiddətli döyüşlər aparır.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər
verir ki, İŞİD yaraqlıları ölkənin ən iri neftayırma zavodunun
yerləşdiyi Beyci şəhərinə hücumları davam etdirir.

Beyci neftayırma zavodunda şiddətli yanğın başlayıb. İki həftədir
ağır döyüşlərin getdiyi şəhərə nəzarət əldən-ələ keçir. İraq
təhlükəsizlik qüvvələri neft terminalını ələ keçirməyə çalışan
yaraqlılarla bacara bilmir.

Beyci neftayırma zavodunun işini dayandırması nəticəsində İraq
Kürdüstanında yanacaq qıtlığı yaşanır. İraq Kürdüstanı bölgə hökuməti
yanacaq qıtlığını aradan qaldırmaq üçün Azərbaycan və İrandan yanacaq
idxal etməyi planlaşdırır. Digər alternativ də Türkiyədən yanacaq idxal
edilməsidir.

Lakin yanacaq tankerlərlə nəql edilməlidir. Hazırda Türkiyə ilə İraq
arasındakı sərhəd-keçid məntəqələrində yaşanan sıxlıq yanacaq daşıyan
tankerlərin hərəkətini çətinləşdirəcək.

Xatırladaq ki, İraq Kürdüstanı Azərbaycandan əvvəllər də yanacaq
alıb. Bu yanacağı İraqa “Azersun” holdinqə daxil olan şirkətlərdən biri
çatdırırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=8960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31