Bu ölkədə oruca qadağa qoyuldu
Uyğur Muxtar vilayətində dövlət məmurları və tələbələrin Ramazan ayında
oruc tutması qadağan edilib.
ANS PRESS-in məlumatına görə, Pekində Şincan bölgəsinin rəsmi internet
saytında yerləşdirilən əsasnamədə Ramazan ayında oruc tutmağın qadağan
olunduğu bildirilir.
Qəbul edilən qərar bölgədəki türk və müəlman əhalinin etirazına səbəb
olub. Qərar Hotan bölgəsinə də şamil edilib. Əsasnaməyə əsasən, dövlət
məmurları və tələbələrə Ramazan ayına xas olan dini ibadətlərin icrası,
məscidə getmək və zəkat vermək qadağan edilib.
Xatırladaq ki, bundan əvvəlki bir neçə ildə də həmin bölgədə oruc tutmaqla bağlı qadağa qoyulmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=8962