Türkiyədə Atatürkün kölgəsi göründü

29.06.2014 - 09:28

Türkiyənin Ərdahan vilayətinin Damal bölgəsində, hər il olduğu kimi, bu il də Atatürkün möcüzəvi  silueti görüntülənib.
Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, hər il iyun və iyulun 15-də Ərdahanın Damal bölgəsinin Ata məhəlləsində yerləşən dağın ətəklərində ortaya çıxan Atatürkün siluetinin bu il də görünməsini əhali böyük maraqla izləyib.
Damalın bələdiyyə başçısı Ergin Önal vətəndaşları iyulun 6-da başlayacaq şənliyə dəvət edib: “Hər il olduğu kimi, bu il də möcüzə özünü göstərib. Ümid edirəm ki, bu, sonsuzadək davam edər. Mustafa Kamal Atatürkün kölgəsində yaşamaqdan qürur duyuruq”.
Xatırladaq ki, siluet ilk dəfə 1954-cü ildə Yuxarı Gündəş kəndində görünüb. 1995-ci ildən bu günədək Atatürkün şərəfinə “Atatürkün izində və kölgəsində” adlı Damal şənlikləri ənənəvi olaraq qeyd olunur.
 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31