Dünya Çempionatında tarixə keçənlər, cəzalar və istefalar…

29.06.2014 - 10:26

Braziliyada keçirilən Dünya Kubokunda
türkiyəli referi Cüneyt Çakır, 40 il aradan sonra Dünya Çempionatında
oyun idarə edən ilk Türk hakim oldu. Qrup qarşılaşmalarının sonunda 5
məşqçi vəzifələrindən ayrılmaq məcburiyyətində qalıb.
Suarezin
“dişləmə” cəzasının damğa vurduğu qrup matçlarında kolumbiyalı qapıçı
Ali Farid Mondragon və alman futbolçu Miroslav Klose tarixə keçən
adların ilk sırasında yer aldı.
C.Çakır ilə
köməkçiləri Bahattin Duran və Tarık Onqun, ilk olaraq Braziliya ilə
Meksika arasındakı A qrupu qarşılaşmasını, daha sonra H qrupundakı
Əlcəzayir-Rusiya oyununu idarə etdilər.
Suarezə tarixi cəza…
Uruqvayın
futbolçusu Luis Suarez, ölkəsinin İtaliya ilə oynadığı qarşılaşmada
etdiyi hərəkət səbəbiylə kubok tarixində rekord cəzaya məhkum edildi.
FIFA, 2014 Dünya Kuboku D qrupu matçında İtalyan müdafiəsi Giorgio
Chielliniyi dişləyən Suarezə, 9 milli matç və 4 ay futbolla əlaqədar
bütün fəaliyyətlərdən kənarlaşdırma cəzası verdi.
Ardıcıl istefalar…
2014
FIFA Dünya Kubokunda G və H qrupunun son matçları ərəfəsində Fil Dişi
Sahili, İtaliya, İran, Yaponiya və Hondurasın baş məşqçiləri
vəzifələrindən azad edildilər. İlk istefa, sonuncu dəfə 2006-cı ildə
olmaq üzrə Dünya Kubokunu 4 dəfə qazanan D qrupundakı İtalyanın qrupda
qalmasından sonra Cesare Prandellidən gəldi. Prandellidən sonra C
qrupunun son matçında Yunanıstana məğlub olaraq, kubokun xaricində qalan
Fil Dişi Sahilinin fransız məşqçisi Səbri Lamouchi istefaya getdi. F
qrupunu qələbəsiz tamamlayan İranın başındakı portuqaliyalı Carlos
Queiroz, Yaponiyanın italyan baş məşqçisi Alberto Zaccheroni və E
qrubundakı 3 matçında da məğlub olan Hondurasın kolumbiyalı
çalışdırıcısı Luis Suarezin də istefa etməsi ilə iki həftəlik periodda
istefa verən baş məşqçilərin sayı 5-ə çatdı.
Mondragon tarixə düşdü
2014-cü
ilin FIFA Dünya Kubokunda C qrupu matçının 85-ci dəqiqəsində oyuna
girən və vaxtilə Qalatasarayın da formasını geyinmiş 43 yaşındakı
kolumbiyalı qapıçı Ali Farid Mondraqon, “Dünya Kuboku tarixində forma
geyən ən yaşlı futbolçu” oldu.  Mondraqon, 43 yaş 3 gün ilə “Dünya
Kuboku tarixində forma geyən ən yaşlı futbolçu” ünvanını, 1994-cü ildə
42 yaşında Rusiyaya qarşı forma geyinən kamerunlu hücumçu Roger Millanın
əlindən aldı.
Klose Ronaldoya çatdı 
Alman
futbolçu Miroslav Klose, 15 qolla Dünya Kubokunun ən qolçu fitbolçu
adını daşıyan braziliyalı Ronaldoya çatdı. Klose ölkəsinin qrupda Qana
ilə 2-2 bərabərə qaldığı matçda atdığı son qolla turnir tarixindəki
15-ci qolunu vurmuş oldu.
İspaniyada ağır günlər yaşanır
Dünya
Kubokunda ilk iki matçını uduzaraq turnirə çox erkən vida edən İspaniya
millisi son turnirlərdəki performansının olduqca uzağında qaldı.
İspaniya Dünya Kuboku tarixində 5-ci dəfə qrupda qaldı. Qrupdakı ilk
matçında Hollandiyaya 5-1 məğlub olan İspaniyanın bu məğlubiyyəti də
tarixə keçdi. İlk dəfə olaraq sonuncu dünya çempionu ünvanını daşıyan
bir ölkə ilk oyununda qapısında 5 qol gördü.
Almaniya və Braziliya 100-ə çatdı
Braziliya
və Almaniya Dünya Kubokunda 100-cü matçlarına çıxaraq turnir tarixində
bir ilkə imza atdılar. Almaniya Dünya Kuboku tarixindəki 100-cü oyununu
Portuqaliya millisi ilə keçirdi. Almaniya mübarizədən 4-0 qalib ayrıldı.
Ev sahibi Braziliya qrupdakı üçüncü və son matçında Kamerun qarşısında
100-cü oyununa çıxdı. “Sambacılar” da 4-1 qazandıqları Kamerun
qarşılaşması ilə Dünya Kubokunda 100-lər sıralamasına qoşuldu.
Əlcəzairin tarixində bir ilk…
Əlcəzair
tarixində ilk dəfə ikinci mərhələyə yüksəlməyi bacardı. Dünya Kuboku
finallarında 32 il sonra qalibiyyət əldə edən Əlcəzair turnir tarixində
bir matçda 4 qol vuran ilk Afrika ölkəsi də oldu. Bundan əlavə, Səudiyyə
Ərəbistandan sonra ilk dəfə bir ərəb ölkəsi Dünya Kubokunda ikinci tura
qalmağı bacardı.
50-ci “het-trik” Şakiridən…
İsveçrəli
futbolçu X.Şakiri, Dünya Kuboku tarixində 50-ci dəfə “het-trik” edən
futbolçu oldu. Honduras matçında üç qola imza atan Şakiri, FIFA Dünya
Kuboku tarixində öz yerini aldı. Braziliyada ilk “het-trik” edən oyunçu
isə Tomas Müllerdir. O, Portuqaliya ilə qarşılaşmada dörd qoldan 3-nün
sahibi olub.
Afrikanın ən qolçusu Gyan oldu
Qana
millisinin futbolçusu Asamoah Gyan, Dünya Kubokunda atdığı 2 qolla
turnir tarixinin ən qolçu afrikalı oyunçusu oldu. Daha əvvəl
Almaniya-2006 və Cənubi Afrika-2010-da forma geyən Gyan çıxdığı 8
qarşılaşmada 4 qola imza atmışdı. Braziliyada rəqib qapılarını 2 dəfə
daha havalandıran 28 yaşındakı futbolçu 5 qolu olan kamerunlu Roger
Millanı geridə qoydu.
Ronaldonun xəyal qırıqlığı…
Dünya
futbolunun ən yaxşı oyunçularından biri olaraq göstərilən Cristiano
Ronaldolu Portuqaliya millisinin Braziliyadakı performansı
tərəfdarlarına böyük xəyal qırıqlığı yaşatdı. G qrupunda Almaniyaya 4-0
məğlub olaraq pis bir başlanğıc edən Portuqaliya, ABŞ ilə 2-2 bərabərə
qaldı. Son qarşılaşmasında Qananı 2-1 məğlub etməsinə baxmayaraq
averajla üçüncü sıranı alaraq turnirə vida edən Portuqaliyada Ronaldonun
performansı hər kəsdə xəyal qırıqlığı yaratdı.
Bosniya və Herseqovina qrupda ilişdi
Dünya
Kubokunda ilk dəfə iştirak edən Bosniya və Herseqovina turnirə qrup
mərhələsində vida etdi. Argentinaya 2-1, Nigeriyaya 1-0 məğlub olan
Bosniya və Herseqovina, İranı 3-1 məğlub edərək turniri  F qrupunun
üçüncüsü kimi tamamladı.
Almaniyanın Stuttgart komandasında
forma geyən Vedad İbisevic isə Argentina ilə matçda turnir tarixində
ölkəsinin ilk qoluna imza atdı.
Qanada intizam problemi…
Qana
millisində Sulley Muntari və Kevin Prince Boateng Dünya Kubokunda
qeyri-adi bir şəkildə heyətdən xaric edildi. Milanlı yarımmüdafiəçi
Muntari, Qana Futbol Federasiyası İcra Heyətinin üzvü Moses Armaha
hücumuna görə, Şalke 04 forması geyən Boateng isə məşq əsnasında baş
məşqçi Kwesi Appiahı təhqir etməsi və hər hansı bir peşmanlıq əlaməti
göstərməməsi səbəbi ilə müddətsiz olaraq komandadan uzaqlaşdırıldı.
Pula görə oyuna çıxmayanlar…
Qanalı
futbolçuların özlərinə söz verilən pulların ödənməməsi halında matça
çıxmayacaqlarını demələri Dünya Kubokuna damğa vurdu. Qananın dövlət
başçısı John Dramani Mahamanın xüsusi bir təyyarə ilə oyunçulara
pullarını göndərməsi və futbolçuların pullarını sayarkən çəkilən
fotoşəkilləri Braziliyada gündəm mövzularından biri oldu.
Qol xətti texnologiyası…
Fransa
ilə Honduras arasındakı E qrupu qarşılaşmasında Dünya Kubokunda ilk
dəfə “qol xətti texnologiyası”ndan istifadə edildi. Bundan əlavə,
sərbəst atışlarda səddin və topun yerini təyin etmək üçün istifadə
edilən “itən sprey” Dünya Kubokunda ilk dəfə sınandı.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8968

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31