Kremlin yeni Qarabağ oyunu
Torpaq əvəzinə yeni rus boyunduruğuna girməyə, Rusiyanın vədlərinə inanmağa dəyərmi?…
Torpaq əvəzinə yeni rus boyunduruğuna girməyə, Rusiyanın vədlərinə inanmağa dəyərmi?…
Artıq
heç şübhə yox ki, Rusiya Azərbaycanı Avrasiya Birliyinə tovlamaq, daha
doğrusu, öz toruna salmaq üçün hərəkətə keçib. Hətta bəzi mənbələrə
görə, bu yöndə real təkliflər irəli sürüb. Bakı ilə Moskvanın ciddi
bazarlaşma işində olduğunu, konkret olaraq işğal altındakı bir neçə
rayonun boşaldılması qarşılığında Azərbaycanın “yeni SSRİ” layihəsinə
razı salındığını söyləyənlər də az deyil.
ehtimal və zənləri Bakıya rus emissarlarının xeyli intensivləşən
səfərləri, prezident Putinin qəfildən öz azərbaycanlı həmkarı İlham
Əliyevə zəng edərək Qarabağ məsələsindən danışması xeyli artırıb.
Əlbəttə ki, belə anlaşmalar telefonla əldə olunmur. Daha çox, qapalı
görüşlərin və müzakirələrin predmeti olur. Diplomatlar və emissarlar da
elə ondan ötrü deyilmi?
ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da iddia
edir ki, Azərbaycanla üç rayonun qaytarılması artıq razılaşdırılıb. Onun
sözlərinə görə, Ermənistanın da razılığı alınıb və danışıqlarda Rusiya
mühüm rol oynayır. Ü.Cəfərova görə, bu üzdən Azərbaycan üçün kritik
vəziyyət yaranıb, çünki üç rayonun qaytarılması qarşılığında Rusiya
Avrasiya İttifaqına üzvlük şərtini irəli sürüb.
artıq elə mərhələyə daxil olmuşuq ki, gizlədiləsi bir şey də qalmayıb.
Xüsusən də Rusiya tərəfi son vaxtlar Qarabağ kartını açmağa meylli
görünür. Məsələn, Rusiya prezidentinin müşaviri Sergey Qlazyov “Vestnik
Kavkaza”ya müsahibəsində deyib ki, “Dağlıq Qarabağ konfliktinin
nizamlanması təkcə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə
deyil, Avrasiya inteqrasiya layihələrinin gerçəkləşməsinə də stimul
verərdi”.
xeyirxah tərəfdaşımızdır. Biz onunla hər gün işləyirik. Əfsus ki,
Azərbaycan Avrasiya iqtisadi inteqrasiya layihəsində iştirak eləmir.
Rusiya üçün bu, çatışmayan cəhətdir və biz bu ölkəni Avrasiya
inteqrasiya prosesinin tamhüquqlu üzvü kimi görmək istərdik”.
sözlərinə görə, Rusiya rəhbərliyi Qarabağ probleminin Cənubi Qafqazın
iqtisadi inkişafını nə dərəcədə əngəllədiyinin fərqindədir: “Heç kimə
sirr deyil ki, buna Ermənistan-Azərbaycan konflikti əngəl yaradır. Əgər
münaqişə qəti şəkildə yoluna qoyulsa, o zaman düşünürəm ki, Avrasiyaya
inteqrasiya proseslərində Azərbaycanın iştirakına maneələr də götürülər.
Fikrimcə, son vaxtlar Rusiya hakimiyyəti tərəfdən Azərbaycana olan
böyük maraq məhz bununla izah edilməlidir”.
kimi, Moskva Azərbaycanı AB-yə qoşmaq üçün Qarabağ kartından istifadə
eləmək istədiyini gizlətmir. Ancaq şirniklənməyə dəyərmi? Doğrudanmı,
şimal qonşumuz özünün alovlandırdığı münaqişəni bütünlüklə və ədalətli
şəkildə yoluna qoymağa hazırlaşır, yoxsa başımızı bir-iki rayonun
boşaldılması ilə aldadıb, Azərbaycanı yeni boyunduruğa salmaq istəyir?
ehtimalla, ikinci variantdır. Ona görə ki, problemin tam şəkildə və
hərtərəfli həlli Kremlin Azərbaycan və Ermənistana təzyiq rıçaqlarını
bütünlüklə itirməsi demək olardı. Aydın məsələdir ki, bu iki Güney
Qafqaz ölkəsinin Qərbə inteqrasiyasını əngəlləyən əsas amil məhz Qarabağ
konfliktidir.
Tələsir ki, nə qədər gec deyil, Azərbaycan da Ukrayna, Gürcüstan və
Moldova kimi günün birində Avropa İttifaqı ilə assosiativ saziş
imzalamasın. Ondan sonra, təbii ki, Bakını geri qaytarmaq mümkün
olmayacaq. Amma Azərbaycan Avrasiya Birliyinə qoşularsa, oradan çıxması
xeyli müşkül olacaq. Artıq Moskva Ermənistanın torbasını tikib. Qalır
regionun açar dövləti, AB-yə Ukrayna qədər xüsusi sanbal verə biləcək
Azərbaycan…
tariximiz göstərir ki, əgər suverenliyimizi saxlamaq istəyiriksə –
qətiyyən! Çünki Rusiyanın milli suveren dövlətlərə verdiyi qarantiya
Ermənistanın timsalında əyani görünür. Bizim də bundan artıq
sərbəstliyimiz, söz sahibliyimiz olmayacaq. Elə isə 1-2 rayona görə yeni
rus boyunduruğunu qəbul eləməyə, ərazimizdə təzədən Rusiya hərbi
bazalarını bərpa eləməyə dəyərmi, nəzərə alanda ki, Kreml heç Qarabağ
ixtilafını kardinal həll etməyə də girişməyəcək? Sual ritorikdir.
də ondadır ki, Azərbaycan üçün ən yaxşı yol nə qədər çətin də olsa,
hələlik neytrallığı saxlamaq və Kremlin təklifindən, AB-yə üzvlükdən
yayınmaqdır. Bundan ötrü ən məqbul yol Rusiyadan ixtilafın kardinal və
ədalətli həllini tələb eləmək, istisnasız olaraq işğal altındakı bütün
ərazilərimizin qeyd-şərtsiz qaytarılmasını istəməkdir. Təbii ki, Moskva
razı olmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8970