Azərbaycan ordusu Ermənistana raket atdı

29.06.2014 - 11:59

Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin düşmən
qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan
ordusu ötən gecə ermənilərin mövqelərinə  güclü zərbələr endirib.

Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin yaydığı
məlumatlar da Azərbaycan ordusunun cavab atəşlərinin kifayət qədər
intensiv və güclü olduğunu təsdiqləyir.
Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin rəhbəri
Andranik Aydınyan “A1+” telekanalına açıqlamasında bildirib ki, iyunun
27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf
yaşıl rəngdə raket buraxılıb.
“Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca
iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar” – deyə
Aydınyan bildirib.
A.Aydınyan deyib ki, atəş nəticəsində kəndin qaz kəməri zədələnib,
evlərə xəsarət dəyib. Evlərdən birinin həyətində yanğın başlayıb və onu
çətinliklə söndürmək mümkün olub.
Ermənistanın Azərbaycanla sərhəd Movses kəndi də Azərbaycan
ordusunun cavab atəşlərinin gücünü hiss edib. Kəndin rəhbəri Arara
Avalyan gecə kəndin intensiv atəşə tutulduğun, evlərin şüşələrinin və
qapılarının zədələndiyini, bir evdə yanğın olduğunu deyib.
ANS telekanalı isə xəbər verib ki, Ermənistan ordusunun
mövqelərindən dünən axşam saat 23:00 radələrindən başlayaraq Tovuz
rayonunun Əlibəyli kəndi yenidən güclü atəşə tutulub.
Kənd icra nümayəndəsi Valeh Rzayevin ANS-ə verdiyi məlumata görə,
Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri
güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə
işıqlar söndürülüb. Hamı təlaş içindədir.
Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin
mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb,
neytral zonada isə yanğın meydana gəlib. Kənd sakinlərindən xəsarət alan
olmayıb.
Xatırladaq ki, son bir neçə gün ərzində ermənilər Tovuz rayonunun
Əlibəyli kəndinin dörd dinc sakinini, o cümlədən bir azyaşlı uşağı
yaralayıblar. Qazax rayonunda isə ordumuzun leytenantı erməni
gülləsindən yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=8973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31