Ruslar yeni müharibəyə hazırlaşır

29.06.2014 - 16:15

Ruslar yeni müharibəyə hazırlaşır

 

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin hərbi toplanışlara çağırılması haqqında fərman imzalayıb. Publika.az-ın
UNİAN-a istinadən verdiyi məlumata görə, fərmanın mətni artıq prezident
administrasiyasının rəsmi internet portalında yerləşdirilib.

Hərbi toplanışa cəlb olunan hərbçilər 2 ay müddətində ölkənin silahlı
qüvvələrinin, daxili işlər nazirliyinin, dövlət mühafizə orqanlarının,
təhlükəsizlik xidməti strukturlarının nəzdində hazırlıq keçəcəklər.
Ehtiyatda olan hərbçilərin xüsusi fərmanla toplanışa çağırılması,
faktiki olaraq, ölkədə elan edilən hərbi səfərbərlik kimi
qiymətləndirilir. 

Xatırladaq ki, mart ayında Rusiyanın Krımı ilhaq etməsindən sonra
Ukrayna-Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Baş verənlər
fonunda Rusiya bir sıra iri miqyaslı hərbi təlimlər keçirib və elit
qoşunların mühüm bir qismini Ukrayna sərhədinə doğru cəmləşdirib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31