ABŞ konqresmeni İlham Əliyevə siyasi məhbus siyahısı verib
“Mən Azərbaycanda insan haqları məsələsini daim qaldırıram.
Bu məsələni prezident İlham Əliyevlə dünənki (iyunun 28-də-red.)
görüşümüzdə də qaldırdım. Cənab Əliyevlə səmimi söhbətimiz bir saat
davam etdi. Azərbaycanda insan alveri ilə mübarizə sahəsində xeyli
pozitiv məqamlar var”.
Bunu virtualaz.org saytının müxbirinə eksklüziv açıqlamasında Helsinki Komissiyasının üzvü, ABŞ konqresmeni Kris Smit deyib.
K.Smit prezidentlə görüşünün təfərrüatları barədə də danışıb: “Mən
cənab Əliyevlə görüşümdə jurnalistlərin və blpggerlərin məsələsi ilə
bağlı narahatlığımı da dilə gətirdim. Biz prezident İlham Əliyevə adları
“Amnesty İnternational” təşkilatının vicdan məhbusları və siyasi
məhbuslar siyahılarında yer alan məhbusların siyahısını da təqdim
etdik”.
Konqresmenin sözlərinə görə, görüşdə ötən prezident seçkiləri, insan
alverinə qarşı mübarizə və Azərbaycanda gender bərabərliyi məsələləri də
geniş müzakirə olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=8988