Zaqatala zəlzələzindən son xəbər
Göyəm kəndindən “Qafqazinfo”ya bildirilib ki, kənddə dağıntı olmasa da,
evlərdə keçən dəfəki zəlzələdən qalan çatlar genişlənib: “Hazırda əhali
qorxu içərisindədir. Əhali kəndin müxtəlif yerlərinə yığışıblar, evə
girməkdən çəkinirik. Çünki 2012-ci ildə olan zəlzələ zamanı hər yarım
saatdan bir təkanlar olurdu. İndi təkanların olub-olmayacağını
gözləyirik”.
rayonunda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat
daxil olmayıb. Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin,
ətraf kəndlərin ərazilərinə baş çəkirik”. Bunu APA-ya açıqlamasında
Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə
hallar komissiyasının sədri Elman Ramazanov deyib.
Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir
evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ
zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə
məlumat daxil olmayıb”.
bürosunun əməkdaşının bildirdiyinə görə, bölgədə zəlzələ baş verəndən
sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə
problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su
verilişində heç bir fasilə yaranmayıb.
rayon Mərkəzə Xəstəxanasindan bildirilib ki, xəstəxanaya zəlzələ
nəticəsində xəsarət alan şəxs müraciət etməyib: “Yalnız 5 nəfər stress
keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.
rayon İcra Hakimiyyətindən də bildirilib ki, rayonda zəlzələ
nəticəsində dağıntı və təlafat olması barədə məlumat daxil olmayıb:
“Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ
nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məljumat var”.
edək ki, Seysmoloji Xidmət Mərkəzinin məlumat yaydığı rəsmi məlumata
görə, zəlzələ yerli vaxtla saat 22.26-da qeydə alınıb. Zəlzələ hiss
ediləcək gücdə olub
Short URL: http://www.cumhuriyyet.net/?p=8990