İldırım Yevlaxda 13 baş camışı vurub öldürdü

30.06.2014 - 01:57

Yevlaxdakı fermer təsərrüfatlarının birində ildırım vurması nəticəsində xeyli mal-qara tələf olub. ANS-in
müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kövər kəndində, Fikrət
Nəbiyevə məxsus fermada baş verib. Belə ki, iyunun 29-da günorta
saatlarında hava qəflətən pisləşib. Ildırım çaxması ilə müşayiət olunan
qısamüddətli yağış yağıb. İldırım fermanın ərazisində otlayan mal-qaranı
vurub. Nəticədə ərazidəki 50 baş iribuynuzlu mal-qaradan 13 baş camış tələf olub. 

Fikrət Nəbiyevin sözlərinə görə, ona təqribən 25-30 min manat ziyan dəyib.

Yevlax Rayon Baytarlıq İdarəsindən aldığımız məlumata görə,
hadisə baş verən yerə artıq baxış keçirilib. İdarədən bildiriblər ki,
tələf olmuş heyvanlar arasında heç bir xəstəlik yoxdur. Buna baxmayaraq
ildırım vurmuş heyvanların əti yararsız hesab olunur və torpağa
basdırılaraq məhv ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=8991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31