Neftçala icra başçısının 280 minlik borc qalmaqalı

30.06.2014 - 09:00

Neftçala rayon rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bağlı ilginc informasiya yayılıb. Rayondakı etibarlı mənbədən infom.az-a ötürülən məlumata görə icra başçısının ötən ay verdiyi
tapşırığına əsasən dövlət büdcəsindən rayon sakini Xandəmirov Böyükağa
Sarı oğlunun şəxsi bank hesabına 280.000 min manat pul köçürülüb. Keçirliən maliyyə əməliyatına dair sənədlərin sürəti də redaksiyamıza təqdim olunub.
Maraqlıdır
ki, sözügedən informasiyanın mənbəyi Neftçala rəsmilərinin rəsmiyyətə
uzlaşmayan bu maliyyə əməliyyatının səbəbini qəribə arqumentlə
əsaslandırıb. Bildirilr
ki rayon icra başçısı İsmayıl Vəliyev Neftçalanın abadlaşdırılması üçün
dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə müxtəlif mənbələrdən də
xeyli pul toplamalı olub. Məqsəd
Prezidentin səfəri ərəfəsində abadlaşdırma işlərini daha da
sürətliəndirmək, şəhərdə ümumi mənzərəsini dəyişməyə nail olmaqdı. İcra başçının bütün səyləri istənilən nəticəni verməsə də borcu geri qaytarmaq zərurəti ortaya çıxıb. Mümkündür ki, belə riskli maliyyə əməliyyatları da məhz bu “zərurət”dən doğub. Daha aydın təbirlə desək, görülən işlər üçün yığlan borcu qaytarmaq məqsədi ilə həyata keçirilib.

P.S. Sözsüz ki, bu informasiyanın nə qədər dəqiq olduğuna aydınlıq gətirmək
rayon icra hakimiyyəti səlahiyətlilərinin imkanları daxilindədir. Biz
isə informasiya saytı olaraq təqdim ediləcək bütün arayışları dərc
etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8993

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31