Qonşusu deputatdan şikayətçidir

30.06.2014 - 11:00

Redaksiyamıza şikayət məktubu daxil olub və məktubda deputat Elmira Axundova ittiham edilir. 

“Mən Aşurov Sahib yazıb sizə bildirirəm ki, Bülbül prospekti 65,
mənzil 30-da yaşayıram. Bizim həyətdə qeyri-qanuni avto yuma fəaliyyət
göstərir. Həmin avtoyumada işləyən 4 nəfər hər gün həyətdə avtoşluq edir
və sakinlərin rahat gəzməsinə mane olurlar. Iradımızı bildirəndə isə,
Elmira Axundovanın adını verirlər. Qardaşım onlara etiraz edəndə 3 nəfər
onun üzərinə hücum edərək xəsarət yetirmişdilər. Atam Elmira
Axundovanın oğluna bu haqda məlumat versə də, oğlu bildirib ki, bu evi
mənə prezident, avtoyumanı isə Azay müəllim bağışlayıb. Deyib ki, get
kimə istəyirsən şikayət et. Atam Vergilər idarəsinə müraciət etdikdən
sonra Elmira Axundovanın oğlu bizi 4 gün narahat etdi. Biz bilmirik ki,
Elmira Axundovanın bu qanunsuz hərəkətinə görə kimə müraciət edək.
Elmira Axundovanın sürücüsünün əlindən də həyətdə gəzmək mümkün deyil.
Bir sözlə həyəti bazara çeviriblər”.

Şikayət məktubunda səslənən fikirlərlə bağlı Elmira Axundovanın
mövqeyini öyrənməyə çalışsaq da, telefonlarımıza cavab verilmədi. Hətta,
deputata mesaj da göndərdik. Bununla belə deputatın mövqeyini dərc
etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8996

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31