Putin anti-Rusiya bəyannaməsini necə qarşılayacaq?

30.06.2014 - 11:25

“Rusiya əleyhinə qətnamənin qəbul olunmasında Azərbaycan heç bir məsuliyyət daşımır”

“Rusiya əleyhinə qətnamənin qəbul olunmasında Azərbaycan heç bir məsuliyyət daşımır”

Iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü
illik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında ABŞ-ın
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin
Kardinin Ukrayna problemi ilə bağlı hazırladığı qətnamə layihəsi ciddi
müzakirələrə yol açıb.

Belə ki, Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT
PA-nın prezidenti Ranko Krivokapiç senator Benjamin Kardinin Rusiyanın
“Helsinki prinsipləri”ni pozması barədə qətnamə layihəsini müzakirəyə
çıxarıb. Sənəddə Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti
pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya
qarşı ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

Sessiyadan əvvəl də qeyd etmişdik ki, Azərbaycan tərəfi qətnamənin
əleyhinə olacaq və müəyyən manevrlərlə müzakirənin müstəvisini dəyişməyə
çalışacaq.

Həqiqətən də belə oldu. Hakimiyyət təmsilçiləri qətnamənin məzmununu
məhdud qiymətləndirdi və regiondakı münaqişləri əhatə etmədiyi üçün
sənədin qəbulunun əleyhinə olduqlarını bildirdilər.

Ancaq senator Benjamin Kardininin hazırladığı qətnamə layihəsinin
müzakirəsi səsə qoyularaqГїsessiyanın gündəliyinə daxil edilib. Qətnamə
layihəsinin gündəliyə daxil edilməsinin lehinə 30 ölkə, əleyhinə isə 5
ölkə səs verib. Qətnamənin iyulun 1-də müzakirə edilməsi nəzərdə
tutulur.

Mətbuat səhifələrində müxtəlif formada hakimiyyətin addımına haqq
qazandırılır və risqli məqamda neytral mövqe sərgiləməyin vacibliyi
vurğulanır.

Bəzi ekspertlər belə hesab edir ki, yekun sənəddə Rusiyanı mühakimə
edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi kimi
qalacaq və Rusiya Azərbaycanı hədəf seçəcək. Yəni, Rusiya ATƏT və ABŞ-a
deyil, bu foruma ev sahibliyi edən rəsmi Bakıya hücum edəcək.

Ona görə də hesab edilir ki, Azərbaycan neytral mövqeyini davam etdirməli və Rusiyanın qəzəbindən qorunmalıdır.

Politoloq Vəfa Quluzadə hesab edir ki, bu məsələdə
Rusiyadan hansısa təhlükəni gözləmək lazım deyil və belə yanaşma
sadəlövhlükdən başqa bir şey deyil: “Bu tədbir Azərbaycanın təşəbbüsü
ilə keçirilmir və gündəliyi də Azərbaycan müəyyənləşdirmir. Bu ATƏT-in
tədbiridi və qətnaməni Amerikalı senator hazırlayıb. Azərbaycan burda
heç bir məsuliyyət daşımır. Digər tərəfdən Rusiyanı tamamilə ağlını
itirmiş vəhşi də adlandırmaq olmaz. Onlar yaxşı bilirlər ki, bu
qətnmənin qəbulundə Azərbaycanın rolu yoxdur və  Azərbaycan nə mümkün
idisə onu da etdi. Yəni, bu qərarın leyhinə səs vermədi və neytral
qaldı. Bundan artıq Azərbaycan heç nə edə bilməzdi. Bu layihənin Bakıda,
Ankarada, Meksikada qəbul olunmasının Rusiya üçün önəmi yoxdur. Əsas
odur ki, qətnamə qəbul olunur. Ona görə də Rusiyanın bu sessiyadan sonra
Azərbaycana təhlükə yaradacağı məntiqsizdir və sadəlövh yanaşmadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31