İŞİD Kəbəni dağıdacaq

30.06.2014 - 12:34

İŞİD Səudiyyə Ərəbistanına hücum edərək Kəbəni dağıdacağını açıqlayıb.
Axar.az xəbər verir ki, bir-birindən amansız qətllər törədən terror təşkilatı İŞİD növbəti planının Səudiyyə Ərəbistanının Arur şəhərini nəzarət altına alıb Kəbə evini dağıtmaq olduğunu açıqlayıb.
İraq Şam İslam Dövlətinin üzvlərindən biri Məkkədə olan Allah evini dağıtmaq fikri ilə insanları təhdid edib:
“Allahın izni və şeyximiz əl-Bağdadinin rəhbərliyi ilə Məkkə daşlarına ibadət edənləri öldürüb, Allahın əvəzinə ibadət edilən Kəbəni də yıxacağıq!”
İŞİD üzvü olan Əbu Turab əl-Müqəddəsi adlı bir terrorçu Tvitter hesabından təhdid dolu mesajlar yağdırıb: “İnsanlar Məkkəyə daşlara toxunmaq üçün gedirlər. Allah üçün deyil. Allaha and olsun, əgər Səudiyyə Ərəbistanını fəth etsək, Allahdan başqasına ibadət edildiyi üçün Kəbəni yıxacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31