Azərbaycan 3 rayonu qaytarır

30.06.2014 - 14:06

“Üç rayonun geri qaytarılması məni Qarabağ döyüşçülərinin iştirakçısı, Azərbaycan vətəndaşı kimi qətiyyən qane eləmir”.
Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Azərbaycana işğal edilmiş rayonlardan üçünün qaytarılacağı ilə bağlı informasiyanı şərh edərkən söyləyib.
O, üç rayonun geri qaytarılması ilə Azərbaycanın heç cürə razılaşa bilməyəcəyini qeyd edib:
“Bu məlumat rəsmi mənbələrdən götürülüb, mətbuatda açıqlanıb. Azərbaycana 3 rayonun qaytarılması ilə bağlı məlumatı heç haradan uydurmamışam. Bu, rəsmi səslənən məlumat olduğuna görə onu bir daha dilə gətirdim. Belə informasiyanı tam ciddi hesab edirəm. Bununla bağlı xarici radiostansiyaların birində öz narazılığımı da səsləndirmişəm. Bu, məni, Qarabağ döyüşçülərinin iştirakçısı və Azərbaycan vətəndaşı kimi qətiyyən qane eləmir. Niyə biz düşmənin fitnə-fəsadı qarşısında üç rayonla razılaşmalıyıq? Əvvəla, BMT-nin qətnamələri əsasında tələb edirik ki, işğalçılar tutduqları torpaqlardan qeyri-şərtsiz geri çəkilsinlər. Bu, bizim dövlətimizin mövqeyidir. Əgər bu mümkün deyilsə, onda BMT, ATƏT qarşısında məsələ qaldırılacaq”.
Hərbi ekspert üç rayonun qaytarılmasından sonra Azərbaycanın yenidən uzun müddət süni danışıqlar prosesinə qoşulacağını bildirib:
“Üç rayonun qaytarılması ilə bağlı razılaşsaq, onda yenidən süni danışıqlar prosesi, imitasiyalar başlayacaq. Bu, Rusiya ilə Ermənistanın birgə oyunudur və bizim əleyhimizədir. Son günlər bölgədəki aktivlik və edilən səfərlərin heç biri təsadüfi xarakter daşımır. Bunların hamısı göstərir ki, Dağlıq Qarabağ ətrafında çox ciddi müzakirələr gedir və Azərbaycanın hazırda güclənən mövqeyi qarşısında işğalçılar geri çəkilirlər. Biz bu şəraiti yüksək qiymətləndirməliyik. İnanıram ki, yaxınlarda status-kvo dəyişəcək, bununla bağlı xoş mesaj ölkə başçısının dilindən də səsləndi”.
Qeyd edək ki, dünən Üzeyir Cəfərov yerli mətbuatda çıxış edərək Azərbaycana üç rayonun qaytarılacağını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9002

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31