Cahangir Əsgərov üçün Krım dilemması…

Agentliyi (“Rosaviasiya”) iki yerli hava yolları şirkətinə Krımın
Simferepol şəhərindən Türkiyə, Ermənistan və Azərbaycana reyslər həyata
keçirməyə icazə verməyə hazırlaşır.
saytı xəbər verir ki, bu barədə sənəd aviadaşıyıcılara beynəlxalq hava
daşımalarının yerinə yetirilməsi üçün lisenziyanın verilməsinə dair
nazirliklərarası komissiyanın iclasına təqdim olunub.
bildirilir ki, sənədə əsasən “Uralskie Avialinii” şirkəti həftədə beş
dəfə Bakıya və İrəvana reyslər həyata keçirməlidir. Bundan əlavə,
Çeçenistanın “Qroznıy Avia” şirkəti həftədə iki dəfə Simferepoldan
Antalya və İrəvana, habelə hər gün İstanbula reys həyata keçirmək üçün
“Rosaviasiya”ya müraciət edib.
ortalarından, yəni Krımın Rusiya tərəfindən ilhaqından sonra ora bütün
aviareyslər yalnız Rusiya şəhərlərindən həyata keçirilir. İyunun
əvvəllərində baş nazir Dmitri Medvedyev Simferepol aeroportunun
beynəlxalq reyslər üçün açılması barədə sərəncam verib.
“Rosaviasiya” “Uralskie Avialinii” şirkətinə Simferepoldan Bakıya
reyslər həyata keçirməyə icazə versə, o zaman Azərbaycan Hava Yolları
Dövlət Konserni (AZAL) üçün ciddi siyasi problem yaranacaq. Çünki
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və deməli, Krımı hələ də
Ukrayna ərazisi hesab edir. O zaman Ukrayna ərazisinin bir hissəsi
hesab edilən Krıma reyslər də ancaq Kiyevin icazəsi ilə həyata keçirilə
bilər. Əks halda bu, beynəlxalq mülki aviasiya normalarına zidd olardı.
görə də AZAL rəsmi Bakının mövqeyini əsas götürərək “Uralskiye
Avialinii” şirkətinə Simferepoldan Bakıya birbaşa reys həyata keçirməyə
icazə verməmək məcburiyyətində qala bilər.
ki, Azərbaycan ermənilərin işğal altındakı ərazilərdə hava limanı açıb
reyslər həyata keçirmək niyyətləri ilə bağlı analoji situasiya ilə
üzləşib. Rəsmi Bakı Xankəndi aeroportundan uçuşlara imkan verməyəcəyini
dəfələrlə bildirib və birmənalı şəkildə xəbərdarlıq edib ki, belə
uçuşlar həyata keçirən təyyarələri vurmağa hazırdır.
Mülki Aviasiya Komitəsi də bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini
dəstəkləyib. Nəticədə ermənilərin Xankəndi-İrəvan-Xankəndi reysi ilə
uçmaq arzuları hələ də reallaşmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9003