Bakı sakinləri pul qarşılığında dinlərini dəyişərlərmi?

30.06.2014 - 16:13

 

 

Bu yaxınlarda yazar Həmid Herisçinin
mətbuatda yer alan “Azad Yazarlar Ocağının (AYO) bəzi üzvləri İslamdan
imtina etmək qarşılığında ABŞ səfirliyindən 300 dollar alıblar”
iddiasının qarşılığında həm ABŞ səfirliyinin nümayəndələri, həm də AYO
üzvləri onun bu fikirlərinin tamamilə absurd olduğunu demişdilər. 

İndi bizim əsas məqsədimiz bu iddianın doğru olub-olmadığını
araşdırmaq deyil. Sadəcə bu mövzudan yararlanıb, insanların hər hansı
məbləğ qarşılığında dini inanclarından vaz keçmə ehtimalı ilə bağlı
sorğu apardıq. Sorğuda müxtəlif dinlərə mənsub olan insanlar iştirak
etdilər. Təbii ki, İslam dininə mənsub olanlar çoxluq təşkil etdilər və
birmənalı olaraq, dini inanclarını heç bir pul qarşılığında
dəyişməyəcəklərini dedilər.

Sarıyev Ələkbər, eləcə də digər sakinlər İslam dininə mənsub
olduqlarını və dinlərini heç bir məbləğ qarşılığında dəyişməyəcəklərini
dedilər: “Özüm müsəlmanam. Heç vaxt dini inancımı pul qarşılığında
dəyişmərəm. Heç vaxt.”

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Dinini hansı insan dəyişər? İnsan dinini pula görə dəyişməz”

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Düşünürəm ki, bu bir o
qədər də düzgün fikir deyil. Əsla dəyişmərəm, özüm də müsəlmanam”.

Adınlı açıqlamaq istəməyən səhər sakini: “Pul qarşılığında dini dəyişməyə pis baxıram. Özüm də müsəlmanam”.

Emil Həsənli isə dinin vicdan işi olduğu üçün qətiyyən
dəyişməyəcəyini bildirdi: “Özüm müsəlmanam, hər hansı məbləğ
qarşılığında da dəyişmərəm, dinimi… Çünki bu vicdan işidir, insan heç
vaxt pulla vicdanını dəyişməz”.

Bir gənc isə Tengirist (Qırğız türklərinin İslamdan öncə Göy Tanrı
təməli üzərinə qurulan ənənəvi inanc şəklidir) olduğunu və dinini
dəyişənlərə isə pis baxdığını deyir: “Yox, dəyişmərəm. Dini inancdır da,
qalıb orada, xoşum gəlir. Özüm Tengiristəm. Yek tanrıdır, türkün
tanrısıdır, özüm də milliyətçiyəm. Yəni buna inanmıram, adət-ənənəmlə
gedirəm. Pul qarşılığında da dəyişmərəm, dini inancımı… Çünki əgər bir
insan o şeyə dəyər verirsə, nəyə görə dəyişsin? Fərqi yoxdur,
ideologiya olsun, yaxud da din olsun. Pul qarşılığında nəyisə dəyişməyə
mən pis baxıram. Onu dəyişən insan pis oğlandır, ya da pis qızdır.”

 

Digər gənc Kamran Baxşəliyev isə deist (Deizim bütün dini
kitabların ilahiliyini inkar edir və tək Tanrının olduğunu iddia edir)
olduğunu deyir: “Özüm deistəm. Bir tək Allaha inanıram, Qurana, eləcə də
digər dinlərin heç birinə inanmıram. Pul qarşılığında da heç vaxt
deistlikdən İslama, ateistliyə keçmərəm.”

Hansı dinə mənsub olduğunu açıqlamaq istəməyən Vüqar Salmanlı isə
belə fikirləşir: “Xeyr, dəyişmərəm. Çünki din doğuşdan gələn bir şey
deyil. Hansı dinin olması valideynlərdən və yaşadığı regiondan asılıdır.
İnsan harada yaşayırsansa, orada hansı üstünlük təşkil edirsə, həmin
dinə mənsub olacaq və o dinə sitayiş edəcək. Ancaq bəlli bir yaşa
çatdıqdan sonra öz dini inancını sorğulamalı, ümumi dinləri sorğulamalı,
sonradan hansı dini seçəcəyinə qərar verməlidir”.

Musavat.com

 

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9008

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31