Gömrük Şurasında iflas: Moskva tək qaldı
Rusiya Ukrayna məhsullarına qarşı idxal məhdudiyyətləri tətbiq edə bilər.
Rusiya Ukrayna məhsullarına qarşı idxal məhdudiyyətləri tətbiq edə bilər.
Cumhuriyyet.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Vedomosti” qəzetinə Rusiya baş nazirinin müavini İqor Şuvalov bildirib.
Lakin Moskva bunun üçün Gömrük Şurasındakı partnyorları olan Belarus
və Qazaxıstanın dəstəyini ala bilməyib. Rusiya Avrasiya iqtisadi
komissiyasının iclasında Belarus və Qazaxıstana Ukrayna malları üçün
yeni rejimin tətbiq edilməsi barədə qətnamənin qəbulu təklif olunub.
Amma bu təklif rədd edilib. İclasda iştirak edən rusiyalı nümayəndə
Belarus və Qazaxıstanın təkliflə razılaşmadığını deyib. Onun sözlərinə
görə, Gömrük Şurasının qaydalarına uyğun olaraq Rusiya birtərəfli
qaydada hərəkət etmək hüququna malikdir.
Rusiya baş nazirin müavini isə Belorus və Qazaxıstanın təklifi hansı əsaslarla rədd etməsini açıqlamayıb.
Belarus da qətnaməni dəstəkləməkdən imtina etdiyini təsdiqləyib.
Belarus baş nazirin müavini Sergey Rumas ölkəsinin qətnaməyə qarşı
kəskin şəkildə çıxdığını bildirib. “Gömrük Şurasının iqtisadiyyatı üçün
təhlükədən danışmaq hələlik mümkün deyil. Deməli, belə qərarların təcili
şəkildə qəbuluna ehtiyac yoxdur”, – belaruslu rəsmi vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9011