Daha bir vəzifəli şəxs həbs olundu

30.06.2014 - 17:06

Beyləqan rayon sakini onun hüquqlarını müdafiə etmək üçün müqavilə
bağladığı “Yasavul” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş
müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Beyləqan rayon sakini onun hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı “Yasavul” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Axar.az xəbər verir ki, istintaq-əməliyyat tədbirləri zamanı MMC-nin direktoru Əliabbas Rüstəmovun Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilib. Və sonuncunun cinayət məsuliyyətindən azad olunması müqabilində guya işin ibtidai istintaqını aparan şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 90 min manat məbləğində rüşvət verilməsi üçün ondan həmin rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.
Ə.Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31