Bəhrülü – yurdum mənim

30.06.2014 - 14:10

Vəliyev Məhərrəm Əkbər oğlu 1959-cu ildə
Zəngəzurda, Qarakilsə rayonunun (Sisian) Vağadi kəndində anadan olub. 1965-ci
ildən Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. 1978-83-cü illərdə Moskva
şəhərində ali təhsil alaraq metallurq peşəsinə yiyələnmişdir. Müktəlif
vaxtlarda sahə rəisi, texnoloq, baş metallurq vəzifələrində işləmişdir. 1999-cu
ildən “Əkbəroğlu” MMC-nin direktorudur. Evlidir, iki qızı var.

Məhərrəm Vəliyevin “Bəhrülü-Yurdum mənim”
kitabını diqqətinizə çatdırırıq.

 
Ön söz

Xalqımız müstəqilliyin əldə etdikdən sonra millətimizin tarixində bir
dönüş başlayıb. Tarixçilərlə, alimlərlə yanaşı qeyri ixtisas sahibləri də bu
sahədə müəyyən işlər görürlər. Bunun da əsas səbəbi odur ki, hər bir namuslu
türk övladı millətin tarixinin yazılmamış məqamlarını , başına gətirilən faciələri
üzə çıxartmaq üçün əlindən gələni etməlidir. 

Mən bu balaca kitabın yazılmasında xüsusi əməyi və təkidi olan mərhum
Hacı Səmərqəndə borcluyam. O, bu kitabın çıxması üçün çox çalışırdı. Düzdür bu
kitabı ona görmək qismət olmadı, elə bilirəm ki, ruhu şad olar. Ona Allahdan rəhmət
diləyirəm, övladlarına, nəvələrinə xoş gələcək, sağlam can, səadət arzulayıram.

Onu da əvvəlcədən qeyd etmək istəyirəm ki, mən burada tarixin dərinliklərinə
baş vurmaq fikrində deyiləm, sadəcə tarixi faktlara əsaslanaraq xalqımızın,
millətimizin, elimizin başına gətirilən müsibət və faciələri xronoloji
ardıcıllıqla yada salmaq, ermənilərin millətimizə qarşı necə xain, xəbis, bic və
satqın olduqlarını göstərmək olub, keçənləri unutmamağa çağırmaqdır. Biz axı
bir az unutqan insanlarıq, bunu etiraf etməliyik.

Illər ötdükcə bu nəsil artmış, müxtəlif rayonlara, şəhərlərə, dövlətlərə
səpələnmişdilər. Biz deyə bilmirik ki, onlar hamısı bir-birilərini tanıyırlar,
qohumluq əlaqələri haqqında nə qədər məlumatları var. Onlar illər ötdükcə
bir-birilərindən uzaq düşmüş, yadlaşmışdılar. Bu kitabdakı nəslimizin şəcərəsi
imkan verəcək ki, yadlaşmış, bir-biri haqqında heç bir məlumatı olmayan
qohumlar, heç olmasa qohumluq əlaqələrindən xəbərdar olsunlar. Bu gün fəxrlə
deyə bilərik ki, bu nəslin nümayəndələri arasında millət vəkili, yüzlərlə həkim,
mühəndis, idarə rəhbəri, iş adamları, müğənnilər var. Onların hamısına möhkəm
can sağlığı, xoşbəxt gələcək arzulayıram. Biz əminik ki, nəyin bahasına
olursa-olsun torpaqlarımız, Qarabağımız, gözəl Şuşamız erməni faşistlərinin pəncəsindən
azad olunacaq. Prezidentimizin gördüyü işlər, apardığı iqtisadi siyasət bunu
deməyə əsas verir ki, ermənilər tez bir zamanda işğal etdikləri torpaqlardan
çıxmalıdırlar, əks təqdirdə onları çox acı bir gələcək gözləyir.

Bəhrülü – yurdum mənim

 Alban tayfaları Zəngəzur adlanan ərazilərdən getdikdən sonra bu yerləri
bizim ulu babalarımız özlərinə yurd etmiş, bu torpaqlarda 200 ilə qədər
yaşamış, əkin-biçin  etmiş, bu torpaqlara
yeni ruh vermişdilər. Babalarımız Musa, Qulu, Vəli, Hacı Bayram, Namaz bu
torpaqlara sahib duran zamanlar buralarda bir nəfər də olsun erməni olmamışdır,
onların heç vaxt bu yerlərə ayaqları belə dəyməmişdir. Illər ötdükcə Bəhrülü kəndi
böyümüş ailələrin sayı artmışdır.

Bəhrülü kəndinin ağsaqqallarından, ağbirçək nənələrimizdən eşitmişəm
ki, kənd balaca olsa da böyük əkin-biçin sahələri olub, insanları zəhmətkeş,
mehriban, mərd olublar. Kəndin coğrafi mövqeyi də gözəl olub. Hər tərəfdən sıx
meşə ilə əhatə olunub, bərəkətli meyvə bağları var idi. Kənddə xeyli bulaqlar
olub, bir tərəfdən Dəstəyird dağları ilə o biri tərəfdən Şam, İrmiş kəndi (1918
– ci ildə ermənilər tərəfindən dağıdılıb) ilə əhatə olunmuşdur. Kəndin kənarı
ilə Bəhrülü çayı axaraq aşağıdan Bazar çaya tökülürdü. Urud və Vağadi kəndləri
ilə yaxın olub. Babalarımızın gəlişinə qədər alban tayfalarından 7-8 kaha
qalmışdır.  Kəndə bitişik Tənəzzür kəndində
də kahalara rast gəlmək olardı. Bəhrülüdə 35-40 ev olub. Təbiət bu füsünkar
yerlərdən heç nə əsirgəməyib. Bəhrülünün almasının, gilənarının, armudunun özünəməxsus
dadı olub. Bəhrülüdən hazırda uçuq-sökük damlar, dağılmış kahalar qalıb.
1918-1930-cu illərdə ermənilərin etnik təmizləmə planlarına uyğun olaraq Bəhrülü,
İrmiş, Şam əhalisi o torpaqlardan qovulmuşlar.

Bəhrülülər daşnaq Andranikin quldur dəstələrindən birtəhər canlarını
qurtarsa da kənddə sonrakı həyat şəraiti o qədər də ürəkaçan olmamışdır. Ermənilər
onları incitməklə, bezdirməklə bu yerləri tərk etməyə məcbur edirdilər. 1936-cı
ildə Şam, Darabas, Bəhrülü bir sovetlikdə birləşdirilir, bir müddətdən sonra bu
kəndlərin insanları kəndlərdə yollar bərbad 
olduğuna görə, məktəbin, poçtun olmadığına görə ətrafdakı daha böyük kəndlərə
köçmüşdülər. Bəhrülülər isə demək olar ki, hamılıqla Vağadiyə köçmüşdülər və
1988-ci ilə qədər orada yaşamışdılar.

(Əbdül, Qaraş, İman, Abbas, Camal, Sərhəd, İldırım, İdris, Qasım,
Xeybər, Atakişi və Balakişi Ərətsəyə köçmüşdülər.)

Bəhrülü Cənnətalı

Məşədi Kəlbalının oğlu Cənnətalı hələ uşaq yaşlarından ermənilərə
qarşı çox amansız olub. Onların necə qəddar, ikiüzlü, satqın olduğunu, məqam
düşən kimi arxadan zərbə vuracaqlarını Cənnətalı yaxşı bilirdi. Cavan
yaşlarından silahla davranmağı yaxşı öyrənmişdi. 1918-ci ilin may-avqust
aylarında daşnaq Andrannikin silahlı dəstələri dinc azərbaycanlı kəndlərini
amansızlıqla tar-mar etdiyi bir dövürdə Cənnətalı kimi mərd oğullar onlara
qarşı çıxmış, daşnaqların layiqli cavablarını vermişdilər. 

Ermənilər tərəfindən anası qətlə yetirildikdən sonra Cənnətalı and
içmişdi ki, “Anamın başının tükü sayı erməni qırmasam heç Bəhrülü deyiləm”. Cənnətalı
andına sadiq olmuş, dediyini etmişdi. Dəfələrlə Bəhrülüyə bitişik olan Yellicə
meşələrində erməni quldurlarına silah-sursat, ərzaq aparan qatır karvanlarına
hucum etmiş, bütün erməniləri məhv etdikdən sonra silahı, ərzağı camaata
paylamışdı. Onun adı gələndə ermənilər qaçmağa yer axtarırdılar.

Bəhrülü Əvəzin dediklərindən: Uruddan qayıdan Bəhrülülərdən biri xəbər
gətirir ki, Andranikin bir neçə silahlı quldur dəstəsi Tənəzzülün dərəsinə
yığılıb səhərin açılmasını gözləyirlər. Bəhrülülər başda Cənnətalı olmaqla
silahlanaraq dərədəki dəstələrə qəfildən hücum edirlər. Səhərə qədər
vuruşurlar, axırıncı ermənini də məhv etdikdən sonra silahları da götürüb kəndə
qayıtmışdılar. Qeyd etdiyim kimi ermənilər həmişə bəhrülülərdən ehtiyyat etmiş,
bəhrülü meşələrinə girə bilmirdilər. Belə hadisələr tez-tez təkrar olunurdu. Bəhrülülər
kənddə qalmağın çox təhlükəli olduğunu bilirdilər, odur ki, qərara gəlmişdilər
ki, yavaş-yavaş kəndi tərk etsinlər. Onuda qeyd etmək lazımdır ki, o torpaqları
axırıncı tərk edən Bəhrülülər olmuşdur.  Cənnətalı
kimi qoçaq insanların köməyi ilə Bəhrülülər cüzi itki ilə Bəhrülüdən
çıxmışdılar.

Yeri gəlmişkən: Cənnətalının qardaşı Fərhad da ondan geri qalmazdı. O heç vəchlə
sovet quruluşunu qəbul etmirdi, bolşeviklərə qarşı çıxmış, ömrünün axırına qədər
istəyindən dönməmişdi. Bacıları Nigar xanım da çox əziyyətlər çəkmiş, qardaşı Fərhada
görə hətta Bayıl həbsxanasına getmişdi (Həyat yoldaşı da Bayıl həbsxanasında vəfat
etmişdir). 1940-cı illərdə mərkəzi komitəyə şikayət edildikdən sonra Bünyatali,
Həşim, Nigar həbsdən azad edilirlər. Fərhad həbsdən qaçaraq xeyli müddət qaçaq
olmuş, sonra isə qardaşlarının yanına gəlmiş (Qubadlı rayonunun Ləpəxeyrənli kəndi)
orada yaşamışdır. 

Qurd Bəhrülü

Mən bu sözləri hələ kiçik olarkən eşidirdim, “Qurd Bəhrülü”, “Qurdlar”
(?). Doğrusu əvvəllər o qədər də əhəmiyyət vermirdim, sonralar Bəhrülülərin
söhbətlərində “qurd”un Bəhrülülərə nə aidiyyatı olduğunu öyrəndim, sən demə bu
sözlər elə-belə deyilməyib, burada bir məntiq, bir səbəb olub.

Andranikin quldur dəstələri Urudu, Vağadını, Şamı, İrmişi
dağıtmaqlarına baxmayaraq Bəhrülüyə girə bilmir, hər dəfə böyük itkilərlə geri
çəkilirmişlər. Gündüzlər kahada gizlənən Bəhrülülər, gecələr ermənilərə güclü zərbə
vururdular, ermənilər onların harada gizləndiyini bilmirdilər. Bəhrülülər yaxşı
silahlanmışdılar. Ona görə də Bəhrülüyə yaxın yerlərə ermənilər xüsusi dəstələr  olmadan yaxınlaşa bilmirdilər, çox
qorxurdular, qorxaqlıq onların canındadır. Bir dəfə erməni daşnağı polkovnik
Makara kömək məqsədi ilə silah-sursat, ərzaq aparan qatır karvanı Bəhrülülərin əlinə
keçir, həmin vaxtlar bu erməni cəlladı Ginətağ deyilən yerdə özünə düşərgə
seçmişdi (salmışdı). Karvanın qabağın  kəsən
Bəhrülülər erməniləri məhv edərək, bütün silahı, ərzağı camaata paylamışdılar,
bir ədəd pulemyot da ələ keçirmişdilər. Ona görə də Bəhrülülər güclü müqavimət
göstərirdilər. Öz qorxmazlığı, igidliyinə görə onlara qurd Bəhrülülər deyərdilər.
Erməni daşnağı polkovnik Makar da çox uzağa gedə bilmədi, vuruşların birində
öldürüldü, meyidi isə bir müddət Hacı Bayramın yoncalığı deyilən yerdə qaldı.
Makarı o dünyaya göndərən Qaraşın atası ilə əmisi olub.

Vəziyyətin gündən-günə gərginləşdiyini, təhlükənin artdığını görən Bəhrülülər
yurd yerlərini yavaş-yavaş tərk etməyə başlamışdılar. Onlardan bir neçə ailə
başda Xeybər olmaqla Cəbrayılın Hovustlu kəndinə, bir hissəsi Fizulinin Alxanlı
kəndinə, Ağdamın Ağalarbəyli kəndinə köçmüşdülər. Atakişi və Balakişi
qardaşları Ərətsə kəndinə gəlmişdi (o kənddə onların bacısı Nazlı ərdə idi),
Hümbət Uruda, Cənnətalıgil Qubadlıya köçmüşdülər. Bax beləcə Bəhrülülər öz dədə-baba
yurdlarından uzaq düşmüşdülər.

Bəhrülülü Əvəz kişininin əmisi İdris o zaman Ağdamda milis işçisi
idi. Bir müddət orada yaşayan Hacı Bayramın oğlanları sonradan bütün Bəhrülülər
kimi Vağadi kəndinə qayıtmış, 1988-ci ilə qədər orada kompakt yaşamışdılar. Bu
günə qədər qurd Bəhrülü adını qorumuşdular (qoruyublar). Bu sətirləri oxuyan hər
Bəhrülü bilməlidir və yadda saxlamalıdır ki, onlar mərd, qorxmaz, hünərli kişilərin
davamçılarıdır, onlarla fəxr etməlidirlər. (bu sətirləri oxuyan hər bir Bəhrülü
mərd, qorxmaz, hünərli kişilərin davamçıları olduqlarını bilməli və yadda
saxlamalı, onlarla fəxr etməlidir.

Bunları hər birimiz
bilməliyik

1928-ci ilə qədər 410 min kv.km ərazisi olan Azərbaycan
torpaqlarından 86,6 min kv.km qalmışdır.

Azərbaycan Cümhuriyyətinin ərazisi 114 min kv.km olub, Ermənistanın ərazisi
isə 9 min kv.km idi. Rusların bizdən alıb ermənilərə verdiyi torpaqların
hesabına, Ermənistanın bu günkü ərazisi 27,5 kv.km, Azərbaycanın ərazisi isə
kiçilərək 86,6 kv.km qalıb (Nəzərə alsaq ki, bu ərazilərdən də 20% – i ermənilərin
işğalı altındadır).

Ermənilərə aid olan bu sahələr (27,5 min kv.km) bilavasitə
A.Mikoyanın (SSRİ Ali  Sovetinin sədri)
köməyi ilə Azərbaycanın 15 mahalından Göyçə, Zəngəzur, Dərəçiçək, Gərnibasar, Zəngibasar,
Verdibasar, Dərələyəz, Sürməli, Ağbaba, Pampək, Sərdarabad, Şəmsəddin,
Qaraqoyunlu, Dağborçalı, Şörəyəl alınaraq, 1928-ci ilə qədər dövləti və dövlətçiliyi
olmayan ermənilərə verildi və beləliklə Ermənistan SSR yaradıldı.

1905-ci ildə Ermənistandan 350 min azəri türkü qovulub, bu hadisələrdə
150 mindən artıq azərbaycanlı məhv edilib.

1914 cü ilin 21 fevralında Qarsda və Ərdahanda erməni quldur dəstələri
30.000 türk kişisini öldürdülər, körpələri alıb oda atdılar. Bu qətliyamın bilavasitə
təşkilatçısı “Ansaq” terror təşkilatının ideoloqu Stepan Ter-Danilyan idi
(İnsan hüquqları üzrə Az. Elmlər Akademiyası institutu 2002, səh 46).

1915-ci ildə Van vilayətində 3000 dinc əhalini qırmışdılar

(C.Əliyev,
B.Budaqovun araşdırdıqları fakta əsasən).

1918-ci ilin sonuna kimi daşnak İravan quberniyasında 200 Azərbaycan
kəndini talan etmiş, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini tamamilə məhv
etmişlər, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə
öldürülmüşdür., 200 min azərbaycanlı qaçqına çevrilmişdir.

Ermənilər 1905 6 fevral – 20 avqust Bakıda, 1905-1906-cı illərdə Gəncə
quberniyasının Cavanşir qəzasında, Şuşada, Ağdamda, Əskəranda, Xocalıda, 1905-ci
ilin noyabırında Tiflisdə yaşayan müsəlmanlara qarşı qırğınlar, qanlı faciələr,
talanlar, kəndlərin yandırılması, zorlama, əhalinin qəddarlıqla qətlə yetirilmə
halları baş vermişdir.

XIX əsrdən indiyə qədər, Ermənistan adlanan Azərbaycan
torpaqlarından  təziqlər, terror, müharibə
nəticəsində 4 milyona qədər Azəri türkü öz doğma torpaqlarından qovulub və ya vəhşicəsinə
məhv edilib. Nəhayət ermənilər Azərbaycan xalqının qatı düşməni M.S.Qarboçovun
vasitəsi ilə 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıları tamamilə öz
doğma yurd-yuvalarından didərgin salınmışdılar.

1992-ci il fevra ayının 25-26-na keçən gecə Xocalı şəhəri yerlə-yeksan
edilmişdi (rusların köməyi ilə). Bu zaman 613 nəfər dinc sakin qətlə
yetirilmiş, 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış,
112 nəfər itkin düşmük, 1275 nəfər əsr alınmışdır. Öldürülənlərdən 83 nəfəri
uşaq, 70 nəfəri ahıl qoca, 106 nəfəri qadın idi. Xocalı qırğını (erməni vəhşiliklərinin)
miqyasına görə Kiyevdəki Babi Yorda, Varşava və Krava gettolarında faşistlərin
törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur.

Erməni qəddarlığı,erməni
hiyləsi

Ermənilərin yüz illərlə apardığı qərəzli təbliğat aparatı elə mütəşəkkil,müntəzəm,səlis,məqsədyönlü
təşkil edilmişdir ki, bəşəriyyəti azdırmış. dövlətlər arasında düşmənçilik,
dini təriqətlər arasına ayrıseçkilik və nifaqlar salmışdır. Bəşəriyyətə
uydurma, yalan, saxta mövcud      olmayan
“genosid”-i qəbul etdirmək istəyirlər.

Yahudilərin kütləvi, qanunsuz
qırğını ilə quldur ermənilərin məhvini bir müstəviyə qoymaq düzgün deyil.
Türkiyə torpaqlarında ermənilərə aid olmayan ərazilərdə yerli sakinlərə qarşı
çıxan onları kütləvi surətdə qırıb-talayan ermənilər layiqli cavablarını almış
və təbii ki, itkilər vermişdilər, bunlar başqa-başqa şeylərdilər.Torpaq iddiası
ilə Türkiyəyə təcavüz edən xəyanətkar erməniləri Yəhudi qırğını ilə eyniləşdirmək
ədalətsizlik olardı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə erməni
tarixçilərini, alimlərini Türkiyəyə dəvət etmiş, arxivlərin açılmasını istəmişdi,
lakin, ermənilər həmişə olduğu kimi uduzacaqlarını, hiylələrinin farş
olacağından qorxaraq, təklifləri cavabsız qoymuşdular.

Erməni hiyləsi və xəyanəti nəticəsində
Türkiyədə, Azərbaycanda saysız-hesabsız vəhşiliklər, qırğınlar törədilmiş,evlər
dağıdılmış, kəndlər viran qoyulmuş, qadınlar, uşaqlar, qocalar süngülərə
keçirdilmişdi. Bunlar niyə yada salınmır?!Etiraf edilmir?!

1916-cı ilə qədər daşnaq ermənilərin ali məqsədlərindən biri Osmanlı
torpaqlarında, Türkiyə ərazisində özlərinin dövlətlərini qurma idi. Ağır
müharibələrdən çıxan Türkiyə özünə gələn kimi böyük sayda erməni silahlı dəstələrini
öz ərazilərindən qovmağa başladılar. Qovulmuş silahlı dəstələrin bir hissəsi cənubi
Azərbaycana əsasən Urmiyaya (orada da müsəlmanlara qarşı qırğınlar törətmişdilər.
100000 dən artıq azərbaycanlını qırmış, yüzlərlə kəndləri xaraba qoymuşdular),
digər hissəsi qərbi Azərbaycana, əsas hissələri isə Şimali Azərbaycana üz
tutdular. Bu dövrdə Bakı onlar üçün çox rahat şəhər idi, çünki beynəlmilər şəhəri
olan Bakıda o vaxtlar xeyli erməni var idi (təbii ki, neft iyinə gəlmişdilər).
Nə yaxşı ki, Müsavat partiyası, başda M.Ə. Rəsulzadə olmaqla azərbaycanlıları
öz ətrafında sıx birləşdirə bilmişdi. Güclü siyasi partiya olan Müsavat millətin
ümüdü, milli-azadlıq ideyaların hərəkətverici qüvvəsi idi, belə olmasa idi Bakı
əldən gedə bilərdi. Azərbaycanlıların düşməni olan S.Şamuyan o dövrdə yazırdı
ki, biz gözləmirdik ki, azərbaycanlılarla qısa bir zamanda belə bir milli
birlik yaransın (azərbaycanlılar Bakı Sovetinə keçirilən seçkilərində 40%-ə qədər
yerləri tutdular).

Konkret olaraq Qara kilsə
(indiki Sisyan) rayonunda yaşamış nəslimizin də talehi faciəli olmuşdur.Türklərin
hücumundan müdafiə olunmaq bəhanəsi ilə Andranik 1918-ci il oktyabrın 15-də kəndlərə
hücuma keçir.

Bu dövrdə azərbaycanlıların qəddar düşməni olan Njdeh Zəngəzurda baş
komandan təyin edlmişdi.Bu basqınlar zamanı Urud, Darabas, Ağudi, Vajadı
dağıdılmış, Şəki, Qızılcıq, dədə-baba yurdumuz Bəhlili Yutlar, Xotanan kəndləri
yandırılmışdır.Qaçıb qurtula bilməyən 500 nəfər kişi, qadın, uşaq
öldürülmüşdü.(H.M Arakelyan “Sisiyan”Yerevan, в„–4,1989 Səh.92 və Azərbaycan SSREA-nın xəbərləri, в„–
4,1989 səh.85-86).Andranikin başçılığı altında bandit dəstələri Sisiyanda bütün
Azərbaycan kəndlərini dağıtdıqdan sonra Noyabr ayında Qafana gəlir.Qafan
rayonunun 48 azərbaycanlı kəndində qırğınlar törətmiş, yerli ermənilərlə
birlikdə onların başına müsibət və faciələr gətirmişdilər.Dekabrın 19-da
1918-ci il Kıgı dərəsində azərbaycanlılara divan tutmuş, insanları vəhşicəsinə
qətlə yetirmişdilər.1917-cu ildə daşnak Amazasın  dəstəsi Qubada 2000 nəfərdən çox azərbaycanlını
qırmış,212 kəndi dağıtmışdılar(2008-ci idə Qubada aşkar olunmuş kütləvi insan qəbirsanlığı
buna əyani sübutdur).S.Şaumyanın,A.Mikoyanın,T.Amirovun Sovet hokuməti qurmaq pərdəsi
altında azərbaycanlıları kütləvi şəkildə məhv edərək etnik təmizləmə
aparmışlar. Bakıda, Qubada, Şamaxıda əsil soyqrım aparmışlar.

Bütün
bu hadisələrdən sonra daşnak A.Mikoyan “Mübarizə yollarında”kitabında
Androniki,Amazapı, Dronu( Dro 1941-1945-ci illərdə Almaniyada erməni leqionerlərindən
ibarət hərbi hissəyə rəhbərlik etmiş,alman qoşunları tərkibində Sovet
ordularına qarşı vuruşmuşdu)təmizə çıxartmağa çalışmış,onlarla əlaqəsini açıq
göstərmiş, gələcəkdə də ermənilərin yenidən baş qaldırması üçün öz çirkin
planlarını qeyd etmişdi,erməni xalqında türklərə qarşı nifrət yaratmağa
çalışmışdı. V.Petrosyan, Z.Balayan, S.Kaputikyan və başqa dar düşüncəli
“yanlaz”, erməni gənclərini zəhərləməklə bilməlidirlər ki, türklər, gürcülər, ləzgilər,
ermənilər Zaqafqaziyada mövcud ərazidə yan-yana yaşamağa məcburdurlar.

İndiki Ermənistanda olan bütün qədim yerlərin
adları tam erməniləşdirilmişdir. Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin
və Göycə mahalları, Göycə gölü bizim ata-baba yurdlarımızdır. Bu ərazilərdə
15-dən çox inzibati rayonun 10 böyük şəhəri, 11 şəhər tipli qəsəbənin yüzlərlə
kəndin adları dəyişdirilmişdir. Bu qədim torpaqlarımızda xalqımız kütləvi
qırğınlara, zorakılıqlara, sözün həqiqi mənasında “genasidə” məruz qalmışdır.
Tarixi saxtalaşdıran ermənilər nəinki qərbi Azərbaycan məkanlarının adlarını dəyişmiş,
hətta saxta lüğət tərtib etməklə Barçalı, Axalsik, Urmiya, Qaradağ, Maku
mahallarındakı mövcud toponimlərin adlarını erməniləşdirmişdilər. Ermənilər müsəlman
qırğınlarına həmişə hazırlaşmışlar. Onlar uşaqları, gəncləri, millətçilik
ruhunda tərbiyyə etmiş, indi də edirlər. Şovinist erməniçilik həmişə Azərbaycan
Respublikasının gözü qartşısında baş verirdi. Bu ədavət illər boyu Moskvadan
istiqamətləndirilirdi. 1948-1960-cı illərdə Kaputikiyanın, Balayanın və bir çox
başqa erməni idioloji-yazıçılarının milli ədavətlə dolu olan, çirkabla
yoğrulmuş əsərləri küllü miqdarda nəsr olunaraq bütün respublikalara, o cümlədən
Azərbaycana göndərilirdi. Təkcə Z.Balayanın “Ocaq” kitabı 30 min,
Ş.Kaputikyanın “Krovliya Armeniya” kitabı 200 min nesxə ilə çap edilib, ermənilərin
stolüstü kitabı olmuşdur.

Bir
qədər erməni lobbisi haqqında: 1918-1920-ci illərdə klassik Azərbaycan
torpaqları zəbt edildikdən sonra rus-erməni lobbisi yaranmağa başladı və
qarşıya qoyulmuşdur ki, qonşu xalqlara ərazi iddiaları irəli sürülsün və nəyin
bahasına olursa-olsun, müstəqil erməni dövləti yaratsın. XX-əsrdə bolşivik
imperiyasının gəlişi erməni lobbisinə geniş imkanlar açdı. Adaptasiya qabiliyyətinə
malik erməni lobbisi nəinki özünü itirdi, hətta öz içərisindən SSRİ-nin Ali
Sovetinin Rəyasət heyətinin sədri vəzifəsinədək ucalmış, qəddar, salinin kef məclislərində
hoqqabazlıq rolunun ifaçısı A.Mikayanı yetişdirdi. Qanlı Beriyanın mühafizəsinin
rəisi SSRİ DTK-in polkovniki Sarkisov (Sarkisyan) idi. O, Beriyanı gözəl
qızlarla təhciz edirdi. Azərbaycanda NKVD-in sədrinin müavini Markaryan millətimizin
ziyalılarının əsl qənimi idi.

Bu
gün dünyanın bütün inkşaf etmiş ölkələrində nüfuzlu erməni lobbisi fəaliyyət
göstərir. Onların əlində böyük miqdarda kapital cəmlənmiş və dünyanın mühüm
informasiya orqanlarına təsir göstərmək imkanları var. Qeyd: güclü inkşaf mərhələsinə
qədəm qoymuş Azərbaycan diasporası yaxın gələcəkdə nəinki erməni, hətta bir çox
inkşaf etmiş dövlətlərin diasporasından güclü olacaq.

Keçmiş Sovet İ.R.P. MK-in aparatında və ali sovetində 56 nəfər erməni
var idi. Keçmiş SSRİ-nin Elmlər Akademiyası bu millətin nümayəndələri ilə dolu
idi, 873 nəfər akademik və müxbir üzvi arasında 12 nəfər erməni akademiki və 20
müxbir üzvi var idi. Akademiyanın yuxarı eşalonunda 70-dən artıq yüksək vəzifəli
erməni işləyirdi. Mən 1978-1983-cü illərdə Moskvada təhsil alarkən bu
institutun kafedralarında xeyli erməni alimlərinin olduğunun şahidiyəm,
onlardakı milli birliyə həsəd aparmaya bilmirsən. Təhsil alıb Bakıya
qayıtdıqdan sonra Bakı Mexaniki Tökmə zavodunda işləyirdim, zavoddakı 10 sex rəisindən
8-i erməni idi,adam təəccüb edir bizim millətdə bu erməniyə nə qədər sevgi
varimiş?!Azsaylı erməni xalqı keçmiş SSR-i hakimiyyət orqanlarında təmsil
olunma göstəricisinə görə yüksək -xüsusi 
çəkiyə  malik olublar.

Erməni etirafları

Robert Kocaryan, Ermənistanın sabiq
prezidenti “Bəli, mən hərbi əməliyyatlarda iştirak etmişən və əldə olunan
nailiyyətlərə görə qürur duyuram.” 

Vaan Avanesyan, Ermənistan parlamentinin
vitse-  prezidenti: “Qarabağ müharibəsində
biz 5000 erməni əvəzinə 25000 azərbaycanlı öldürmüşük və mən bununla fəxr edirəm.
Fəxr edirəm ki, bu işdə mənim və dostlarımın köməyi olub. Hesab edirəm ki,
burada utanılası heç nə yoxdur, xalq belə tərbiyyə olunmalıdır.”

Vardan Oskanian, Ermənistan xarici işlər
naziri: “Ermənistan özünəməxsus olmayan torpaqları nəzarət altında saxladığına
görə onu təcavüzkar adlandırmaq düzgün deyildir.”

Tiqran Poqasyan, diplomat “Ermənistanın
işğalçı siyasəti, onun beynalxalq  aləmdəki
imicinə böyük zərbə vurur. Yerevan Dağlıq Qarabağ sevdasından əl çəkməlidir!”

Mixail Danelyan , siyasətçi: “Ermənistan
işğalçı dövlətdir və buna görə də birmənalı şəkildə öz hərbi kontingentini
işğal etdiyi ərazilərdən çıxarmalı, sərhədlər əvvəlki vəziyyətinə qaytarılmalıdır.”

Lendruş Xurşudyan, akademik: “XXI əsr erməni
milləti üçün fəlakət əsri ola bilər Ermənistanın rəhbərliklərinin apardığı
siyasət erməniləri fəlakətə sürükləyir.”

Eoliş Çarens, erməni jurnalisti: “Bizim
riyakarlığımız hələ ana bətnində olarkən meydana gəlir.”

Ermənilər belə fikir yürüdürlər ki, birinci
növbədə Dağlıq Qarabağı müstəqil respublika kimi dünyaya tanıtsınlar (gah
Dağlıq Qarabağın atlasını çıxarır, gah da müxtəlif çatlarda Qarabağı müstəqil
dövlət kimi göstərir lər, onun bayrağını gerbini nümayiş etdirirlər).

İkincisi: 1915-1929-cu illərdə, Osmanlı
Türkiyəsinin baş vermiş “qırğını” erməni soyqırımı kimi dünyaya sübut etmək,
Dağlıq Qarabağı Ermənistan birləşdirbikdən sonra, Türkiyyəyə və Gürcüstana ərazi
iddialarına düşəcəklər. Beləliklə Mərmərə dənizindən Qara dənizə oradan isə Xəzər
dənizinə qədər ərazi onların olacaq, bununla da “Böyük Ermənistan” iddiası gerçəkləşəcəkdir.
Bizdə isə bir el məsəli var: Ac toyuq həmişə yuxusunda darı görər. Bu cəfəng və
boş xülyadır.

Bu
gün Azərbaycan Qafqazda lider dövlətdir, onun razılığı olmadan bölgədə heç bir
iri layihə həyata keçirilə bilməz . İri beynalxalq layihələrə imza atmaqla bərabər
bəzi dövlətlərə  yardım da edir. Belə
davam etsə ermənilər nifrətdən partlayacaqlar. Güclü iqtisadiyyatımız, nizamlı
ordumuz, bitib-tükənməyən təbii ehtiyatlarımız var. Yaxın zamanlarda
Qarabağımızı və ona bitişik rayonlarımızı erməni işğalından azad etməyə həm
gücümüz, həm də bu arzu ilə yaşayan milyonlarla mərd oğul-qızlarımız var.
Qarabağsız Azərbaycan yoxdur!

Mənfur
qonşularımızın keçmişinə nəzər salsaq görərik ki, bunlar tarixi
saxtalaşdırmaqda çox mahirdirlər. Bütün dünyaya özlərini mələk, məzlum, yazıq
göstərməklə bərabər, yüksək səviyyəli “insanlar olduğunu bəyan etməkdən” də
utanmamışdırlar, ermənilər buna qismən də olsa nail olmuşdurlar. Qonşularına
qara yaxmaq, onun tarixi abidələrini, daş kitabələrini, musiqisini öz adlarına
çıxarmaq ermənilərin çoxdanki peşəsidir. (Başqa millətlərin tanınmış elm xadimlərini
özlərininki etmək.) Tanınmış rus yazarlarını: U.Veselyovskiy, L.Komorovskiy,
akademik Sakarov, Bakatin, Roya Medvedeva, Zubov, Dubov-Soludyayev, Starovoytor
kimilərini bu “yüksək” millət haqqında xoş sözlər, yazılar dərc etmişlər,
“bundan başqa hətta muzdlu ingilis xadimləri də, A.Mendelştam, K.Volmant,
R.Yekmen və bir çox başqaları mələk cildinə girmiş iblislərdən məqalələr, əsərlər
yazmışlar.

Erməni
ideoloqları “uzun müddətli araşdırmalardan sonra belə qərara gəlmişdilər ki, Nə
vaxtsa uzaq keçmişdə Böyük Ermənistan” deyilən 
möhtəşəm bir dövlət bir carlıq olub. Erməni yazarı Z.Balayan yazdığına
görə mifik carlığın banisi Loy adlı bir erməni olub. Bundan başqa xalqımızın
qatı düşməni olan bu seperatçı ugeloq “Novoye Vremya” jurnalının səhifələrində
ictimaiyyətə belə bir uydurma təqdim etmişdir ki, 1813-cü il Gürcüstan müqaviləsinə
görə Gəncə, Şirva Bakı, Dərbənd, Talış xanlıqları Rusyanın tərkibinə daxil
olmuş və bu hadisədən sonra guya erməni məliklərinə müstəqillik verilmişdir.
Z.Balayan bu fikri irəli dürməklə məliklərin müstəqil dövlət yaratdıqlarını demək
istəyirdi.

Qısa haşiyə: Zəngəzura ilk gələn məlik 1687-ci ildə olmuşdu. Nadir şahın
Azərbaycana yürüşü zamanı ona itayət edən bu erməni hiylə işlədərək ondan məliklik
titulu almışdır. O eşidəndə ki, Nadir şah növbəti müharibəyə hazırlaşır dərhal
özü də başda olmaqla əsabələri ilə Nadir şahın iqamətgahına təxminən 5 km qalmış iməkləyə-iməkləyə
gələrək ona bütün varlıqları ilə sədaqətli olacaqlarına and içmişlər. Ermənilərin
bu “sədaqətinə” inanan Nadir şah bu Məliyə Cilabert əyalətindəki bir neçə kəndi
ona peşkəş elədi. 1747-ci ildə Nadir Şah öldürüldükdən sonra məliklər Qarabağ
xanına yol tapır. Ona sədaqətli olacağına and içirlər, sonradan bu məliklər ona
qarşı çıxır. Daxilən çox həyasız və murdar xislətə malik olan bu millətin
ardıcılları bu gün də öz çirkin niyyətlərini davam etdirirlər. Xalqımızın qəddar
düşməni olan Z.Balayan da məhz bu nəslin törəməsidir.

Ermənilər haqqında demişlər:

Fransız səyyahı qraf De-Şole: “Ermənilərin yoxsulluğunu və istirabını
görəndə qəlbimdə çox böyük istirab hissi oyansa da, onlara heç vaxt qanım
qaynamayacaq, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və
rüsvayçı bir alçaqlıq vardır.”

Tasit: Buxalq qədimdən ikiüzlü və riyakardırlar. Bunlar daima romalılara
nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayacaqlar.

Adam Mets, isveçrə şərqşqnası: Ermənilər ağ dərili  qulların ən pisidir. Onların abırları yoxdur.
Onlar yalnız dəyənək və qorxu altında işləyirlər.

Kurd
Xaqani demişdir: “Mən əsir düşmüş ermənilərə Birsütum  qayalarını  çapdırıb əbədiqalar məskənlər saldırdım. Erməniləri
taqətdən düşənə qədər işlədib sonra öldürmək lazımdır.”

Qobusnamədə Keykavus İbni İskəndər, İbni
Qobus İbn Vəşmkir İbn Ziyar 1082-1083-cü ildə yazmışdır: “Erməni bədfel, kündə
bədən, oğru, gözügötürməyən , “bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz
hay-küy salan, vəfasız, ziyankar, söyüş söyən, ürəy xıtlı insanlardır.”

S.A.Puşkin qoca dağlı dili ilə demişdir: “Sən
qorxaqsan, sən köləsən, dən ermənisən.”

İngilis Velsos deyir: Ermənilər acgöz və tamahkardılar, fitnəkar və
araqızışdırandılar, heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirtməkdə
istedad sahibidirlər.

 

***    ***   ***   ***   ***

Short URL: http://www.cumhuriyyet.net/?p=9013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31