QHT-lərin bank hesablarına həbs qoyuldu

30.06.2014 - 17:26
İqtisadçı ekspert Zöhrab İsmayıl sosial şəbəkədəki profil səhifəsindən iki QHT-nin bank hesabına həbs qoyulması ilə bağlı məlumat yayıb. 

İqtisadçı ekspert Zöhrab İsmayıl sosial şəbəkədəki profil səhifəsindən iki QHT-nin bank hesabına həbs qoyulması ilə bağlı məlumat yayıb. 

Onun yaydığı məlumata görə, həm Milli
və Beynəlxalq Araşdırmalar Mərkəzinin, həm də Demokratiya və İnsan
Hüquqları Resurs Mərkəzinin bank hesabına həbs qoyulub.
Qeyd edək ki, Milli və Beynəlxalq
Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Leyla Əliyeva, İnsan Hüquqları
Resurs Mərkəzinin rəhbəri isə vəkil Əsabəli Mustafayevdir.
Bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün vəkil Əsabəli Mustafayevlə əlaqə saxladıq.
Əsabəli Mustafayev bu barədə
hələlik dəqiq heç bir məlumat verə bilməyəcəyini dedi: “Hələ biz də
dəqiq heç nə bilmirik. O barədə araşdırma aparırıq. Bir-iki gün ərzində
bu məlumatla bağlı mətbuata açıqlama verəcəyəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31