Bakıdan Sərkisyanın ad gününü təbrik etdilər
məruzəçilərin müddətsiz olaraq fəaliyyət göstərməsi ilə bağlı qanunda
dəyişiklik etməlidir.
ANS PRESS-in məlumatına görə, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay
sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin
iclasında çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü,
“Respublikaçılar Partiyası” fraksiyasından olan deputat Artaşes Qeqamyan
belə deyib.
O, Ermənistan nümayəndə heyəti “Helsinki+40: məqsəd hər bir insana təhlükəsizlik” qətnaməsinə 38-ci düzəlişi təklif edib.
Erməni deputat bildirib ki, Azərbaycan Ermənistan, Fransa, Rusiya
prezidentlərinin Minskdə görüşü baş tutub. Qarabağ münaqişəsi isə bu
görüşün nəticələrinə əsasən həll edilməlidir: “Bu təklif prezidentlərin
görüşlərinə əsaslanır. Serj Sərkisyanın münaqişənin həlli zamanı bu
görüşdəki fikirləri nəzərə alınmalıdır”.
Erməni deputat Qeqamyan əlindəki fürsətdən istifadə edərək
Sərkisyanın ad gününü də təbrik edib. “İnanıram ki, münaqişə sülh yolu
illə həll ediləcək. ABŞ və Fransa da bizi dəstəkləyəcək”.
Azərbaycan parlamentinin vitse spikeri Bahar Murdoava isə Helsinki
aktının qanunlarının tətbiqi zamanı ərazi bütövlüyü məsələsinin əsas
götürülməli olduğunu vurğulayıb: “Biz Helsinki qanunlarına qarşı çıxa
bilmərik. Azərbaycanı ittiham etmələrinə icazə verə bilmərik. Ərazi
bütövlüyü və sərhədlərin toxunulmazlığı bu məsələdə nəzərdə alınmalıdır.
Əgər bunlar nəzərə alınmazsa biz 38 saylı düzəlişi qəbul etmirik”.
Qeyd edilən düzəlişlə bağlı səsvermə keçirilib və o qəbul edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9019