İŞİD Türkiyə meydan oxudu
Suriyanın Təlabyad qəsəbəsini nəzarətdə saxlayan İŞİD terror təşkilatı bir daha Türkiyə sərhədinə yaxın bölgəyə bayraq asıb.
Axçaqala qəsəbəsi ilə sərhəd olan Suriyanın Təlabyad bölgəsi hazırda
İŞİD (İraq Şam İslam Dövləti) yaraqlılarının nəzarətindədir. Radikal
islamçı təşkilat yenə Türkiyə sərhədinə öz bayraqlarını asıb.
Xatırladaq ki, İŞİD yaraqlıları Təlabyadı işğal etdikdən sonra
Türkiyə sərhədinə öz bayraqlarını asmışdı. Lakin sonradan onu endirməli
olmuşdular. Dünən axşam terrorçular həmin yerdə bayraqlarını təkrarən
qaldırıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9022