“Hökumətin müxalifətlə davranışında ciddi problemlər var”

30.06.2014 - 22:35

Benjamin Kardin: “Azərbaycanla strateji əməkdaşlığımız ATƏT
qarşısındakı öhdəliklərin yerinə yetirilməməsi məsələsinin əhəmiyyətini
azalda bilməz”

ABŞ Helsinki Komissiyasının həmsədri, senator Benjamin Kardin
“Azadlıq” radiosuna müsahibəsində Azərbaycan xalqının azad mediaya haqqı
çatdığını deyir.

– Azərbaycanda insan haqlarının durumu ilə bağlı fikrinizi eşitmək istərdik.

Bilirsiniz ki, burda Parlament Assambleyasının tədbirində ABŞ nümayəndə
heyətini təmsil edirəm. ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan
haqqında dinləmələr keçirdi. Mən həmin dinləmələrdə də dedim ki,
Azərbaycan ABŞ-la strateji tərəfdaşdır, təhlükəsizlik məsələlərində
İran, Əfqanıstanla bağlı əməkdaşlıq var. Bunlar çox vacibdir. Bizim
enerji siyasətimiz də çox vacibdir. Amma son prezident seçkilərinə
gəldikdə, onlar azad və ədalətli hesab edilməmişdi, onların (hökumətin)
müxalifətlə davranışında ciddi problemlər var. Bizim qaldırdığımız və
dost kimi qaldırmaqda davam edəcəyimiz insan haqları məsələləri var. Biz
dost olaraq, Azərbaycanın xeyrinə dəyişikliklərə nail olmaq və onun
başqa ölkələrlə münasibətlərinə yardım etmək istəyirik

– Azərbaycan hökuməti bu tənqidə nə dərəcədə müsbət yanaşır?

Bizim çox səmimi münasibətlərimiz var, səfirlərin bizim münasibətləri
necə davam etdirəcəyimiz barədə aydın görüşləri var. Biz bu mövzuda
fikrimizi kifayət qədər aydın ifadə edirik.

– Səfir Riçard Morninqstar insan haqları ilə bağlı
tənqidlərinə görə Azərbaycanın yüksək vəzifəli məmurlarının kəskin
hücumuna məruz qalmışdı. Hətta onu “persona non-qrata” elan etmək kimi
çağırışlar da vardı…

– Mən yalnız onu deyə bilərəm ki,
bizim səfir çox peşəkar, yüksək hörmətə layiq diplomatdır. Bu bölgəni
çox yaxşı tanıyır və həyatının böyük bir hissəsini burda keçirib. O, çox
tanınmış diplomatdır.

– BBC, “Amerikanın səsi” və “Azadlıq” radiolarının yayımlarına yerli tezliklərdə qadağa davam edir…

Biz bunun əleyhinə səsimizi ucaldırıq. Biz azad internet, azad media və
azad yayım istəyirik. Bütün bunlar fundamental hüquqlardır və
Azərbaycan vətəndaşlarının buna haqqı çatır.

– Jurnalistlər və bloqqerlər həbsdədir.
– Bu
barədə də səsimizi qaldırmışıq. Müsbət dəyişikliyə ehtiyacı olduğunu
düşündüyümüz bütün məsələlərə dair fikrimizi söyləyirik.

– Sizcə, Azərbaycan hökuməti, ümumiyyətlə, problemin mövcudluğunu qəbul edirmi?
– Hələ ki, Azərbaycan hökuməti ilə görüşmək imkanım olmayıb. Senator Roger Viker görüşüb.

– Bəzi Konqres üzvləri Azərbaycan hökumətinin ünvanına təriflər deyir, lobbiçilərin tədbirlərinə qatılır…

Dediyim kimi, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq var.
Enerji, İranın nüvə ölkəsi olmasının qarşısını almaq, Əfqanıstana
yardım, BMT-dəki əməkdaşlıq – bütün bunlar çox vacibdir. Azərbaycanla
strateji əsaslı bir əməkdaşlığımız var. Amma bu, fikrimizcə, ATƏT
qarşısındakı öhdəliklərin yerinə yetirilməməsi məsələsinin əhəmiyyətini
azalda bilməz.

– Sizcə, ABŞ Konqresində Azərbaycanda insan haqları ilə bağlı daha çox üzvün dəstəyinə ehtiyac varmı?

Məncə, ABŞ Konqresində insan haqları ilə bağlı səslər kifayət qədər
ucadan və güclü səslənir. Senator Makkeyn və mən müvafiq qanunların
qəbul olunmasına nail olmuşuq. İnsan haqlarının müdafiəsi ABŞ Konqresi
olaraq bizim genimizdədir. Bu, missiyamızın bir hissəsidir və biz məhz
buna görə ATƏT-də iştirak edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=9026

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31