Sunamidə üzən maşınlar Bakıda satılır?

01.07.2014 - 00:49

Təbii fəlakət baş verən ölkələrin arasında ilk yerləri Yaponiya tutur. Bir
neçə il öncə bu ölkədə baş vermiş sunami nəticəsində ciddi fəsadlar
ortaya çıxdı. Həmçinin, avtomobillərə də ziyan dəydi. Bu videomateriala
baxdıqda hər şey aydın olur. Bunu təqdim etməkdə məqsədimiz odur ki,
Yaponiyadan işlənmiş maşın alanlar diqqətli olsunlar.

Cumhuriyyet.az avtosfer.az-a istinadən məlumatına verir ki, bir neçə ildir Yaponiyadan ixrac
olunan işlənmiş avtomobillərin əksəriyyəti məhz həmin sunamidə zərər
çəkənlərdir. Həmin avtomobillərin ixrac olunduğu ölkələr arasında
Azərbaycan da var. Müxtəlif kosmetik işlər nəticəsində xarici görünüşcə
normal görünən bu avtomobillərdə əslində, böyük problemlər var. Məsələn,
avtomobillin mühərrikinə su doldusa, gec-tez fəsad verəcək. Dəmir
detallarda paslanma yaranacaq, çürümə əmələ gələcək. Ən böyük təhlükə
isə avtomobilin elektrik sistemində olur. Son vaxtlar xarici maşınların
heç nədən yanmasının səbəbləri araşdırılarkən bu məqamlara diqqət
yetirilməlidir. Çünki sunami nəticəsində elektrik sisteminə, elektrik
naqillərinə dolan su sonda ərp əmələ gətirir ki, bu da həmin detalların
sıradan çıxmasına səbəb olur. Bu cür avtomobillərin yanmasının əsas
səbəbi də məhz elektrik sistemi ilə bağlıdır. Odur ki, Yaponiya
istehsalı olan, Yaponiyadan gətirilən işlənmiş maşın alarkən bu
məqamlara diqqət etmək, servislərdə ciddi müayinə aparmaq lazımdır. Ona
görə ki, Azərbaycanın maşın bazarında daşqın zamanı su altında qalan
avtomobillərin sayı kifayət qədərdir. Avropadan gətirilən maşınların 40
faiz su altında qalmış avtomobillərdir. Son dövrdə Almaniyadan gətirilən
avtomobilləri alan adamın istismara başladığı məqamdan 20 gün sonra
qarşılaşdığı texniki problemlər, xüsusi ilə elektron-bort sistermində
başverən problemlər həmin faktı bir daha təsdiqləyir. Çünki su altında
qalmış avtomobillərdə ilk növbədə neqativ təsir elektrik
avadanlıqlarında özünü göstərir. Elektrik avadnlıqların böyük bir
hissəsi kompüter sistemi ilə qurulub. İndiki avtomobillərin bort
sistemində kifayət qədər mürəkkəb bort kompüter sistemi qurulub. Həmin
bort kompüter sistemi su altında qaldıqdan sonra izolasiya təbəqəsi ilə
naqillərin arasında yığılıb qalmış maye, buxar öz mənfi təsirini
göstərir. Mikroproseslərdə korroziya əlamətləri dərinləşir və həmin
avadanlıqlarda iş prosesində imtina baş verir. Bu da aqreqatın sıradan
çıxması ilə nəticələnir. Müasir avtomobillərdə az sayda element var ki,
elektron prosessorlarla təchiz olunmayıb. Ona görə də avtomobil su
altında qaldıqda birinci növbədə avtomat ötürmələr qutusu, mühərrikin
özü, işıqlanma sistemində problemlər yaranır. Həmin problemlərin aradan
qaldırılması isə böyük maliyyə vəsaiti tələb edir.

Çətin müdaxilə olunan yerlər, banın aşağı hissəsi, baqaj, mühərrik
hissəsini təmizləmək çətin olur. Sonradan orada korroziya prosesi gedir.
Alıcılar ilk növbədə maşını almamışdan əvvəl servis kitabçasını
yoxlamalıdır. Servis kitabçasında qeydiyyatlar aparılmalıdır. Əgər
qeydiyyat maşının öz firma servisində aparılırsa, yaxşıdır. Qeydiyyatda
onun su altında qalmış avtomobil olub-olmaması da göstərilir. Amma
bununla yanaşı, yaxşı olardı ki, alıcılar avtomobili aldıqdan sonra onu
servis müəssisələrində kompüter diaqnostikasından keçirsinlər. Eyni
zamanda kompüter servisində avtomobilin keçmiş tarixi barəsində ətraflı
məlumat almaq olur.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31