Ramazanda onlardan uzaq durun

01.07.2014 - 01:14

Ramazan ayında oruc tutan insanların gün ərzində 10-15 saat ac qalması və daha sonra müxtəlif növ yağlı, duzlu yeməklər, şirniyyatlar yeməsi heç şübhəsiz çəki artımına da şərait yaradır. Odur ki, aşağıda qeyd olunanlara diqqət etməklə bu ayı daha sağlam, əvvəlki enerjinizi və çəkinizi saxlamaqla başa vura bilərsiniz.
Cumhuriyyet.az bu kiçik məsləhətləri nəzərinizə çatdırır.

1.Mütləq sahura qalxın və sahurda ağır qidalardansa, həzmi asan olan, qüvvətli və tox hiss etdirəcək şeylər yeyin. Məsələn çörək, az yağlı pendir və 1 stəkan süd ola bilər. Həmçinin meyvə, tərəvəz də bacardığınız qədər çox yeməyə çalışın. Bu orqanizmi lazımi vitaminlərlə təmin etməyə kömək edəcək.

2.İftar vaxtı boş mədəni birdən-birə yükləməyin. Yüngülvarı şorba və bir dilim çörəklə iftarınızı açdıqdan sonra bir müddət (ən azı yarım saat) gözləyin. Daha sonra qızartma və müxtəlif ət, toyuq, balıq yeməklərinə, salatlara və onunla bərabər qatıq, ayran və s-ə keçin.

3. İftarla sahur arasında da yüngülvari nəsə yemək maddələr mübadiləsini sürətləndirməyə kömək edəcəkdir. Müxtəlif növ şirniyyat və dondurma yemək istəsəniz isə heç olmasa yeməkdən 2 saat keçməsini gözləyin.

4. Gün ərzində susuz qalacağınızı nəzərə alaraq, iftarla sahur arasındakı müddətdə maye qəbul etməyə çalışın. Bu sudan başqa ayran, təzə sıxılmış meyvə şirəsi və s ola bilər.

5. Orqanizmin vitamin və mineral ehtiyacını təmin edən meyvə və tərəvəzlərə üstünlük verin. Hər gün bir neçə dəfə meyvə və tərəvəz yemək həm daha sağlam qalmanızı təmin edəcək, həm də bu müddət ərzində orqanizmə kömək edəcək.

6. Maddələr mübadiləsini sürətləndirmək və çəki artımının qarşısını almaq üçün bacardığınız qədər idmanla məşğul olun.

7. Qan şəkərinizi artıracaq qidalardan uzaq durun. Bunun əvəzinə qoz, fındıq, badam, düyü, makaron, paxlalı bitkilərə üstünlük verməyə çalışın.

Short URL: http://www.cumhuriyyet.net/?p=9034

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31