Azərbaycanda neft və qazdan asılılığı necə ləğv etmək olar?

01.07.2014 - 09:54

Yer kürəsində ümumi yanacaq ehtiyatı təxminən 400 milyard tondur.
Bunun 280 milyard tonunu daş kömür, 50 milyard tonunu qaz, 37 milyard
tonunu neft, 26 milyard tonunu torf təşkil edir. Hər il 17 milyard ton
yanacaq işlədilir və işlədilən yanacağın miqdarı 20 ildə iki dəfə
artır. 

Yer kürəsinin ənənəvi enerji daşıyıcılarından sayılan neft
ehtiyatının 0.6 faizi Azərbaycandadır. Şübhəsiz ki, Azərbaycanda da neft
ehtiyatı tükənməz deyildir. Mütəxəssislərin hesablamalarına görə,
ölkəmizin 7 milyard barrel neft ehtiyaı var və indiki emal tempi davam
etsə, bu yalnız 61 ilə bəs edəcək. Odur ki, gələcəkdə yarana biləcək
çatışmamazlıqları aradan qaldırmaq üçün alimlər yeni enerji növünü
tapmaq haqda düşünürlər. Ona görə də qeyri-əənəvi  enerji
ehtiyatlarından istifadə edilməsi aktuallaşır. Təsadüfi deyil ki, XXI
əsri “Günəş və Külək enerjisi əsri” adlandırırlar. 

Ölkəmizdə Günəş və külək enerjisinin potensial imkanları olduqca
böyükdür. Hesablamalara görə Abşeron yarımadasında ilin 270 günü
saniyədə 6:7 m/s-lə külək əsir, ölkə üzrə günəşli günlərin sayı isə 2500
saata bərabərdir. Lakin təəssüf ki, bu enerji növlərindən istifadə
lazımi səviyyədə deyil. 

Azərbaycanda 1976-cı ildən başlayaraq külək və Günəş enerji
resursları AMEA-nın Radiasiya Problemləri Institutunun əməkdaşları
tərəfindən öyrənilir. Institutda Günəş və küləyin enerjisinin cəmindən
avtonom, stabil, istənilən Günəş və küləyin enerjilərindən birgə
istifadə etməklə sıxılmış hava alınır və yerin alt qatlarına,
dərinliyinə (200:600 m), boşluqlara doldurulur. Həmin sıxılmış hava
sonra turbinə verilir. Turbinlə elektrik generatoru əlaqəli olduğu üçün
generatorda stabil, avtonom elektrik enerjisi alınır. 

Günəş və külək elektrik stansiyasının müsbət cəhətlərindən aşağıdakıları göstərmək olar: 

1. Stansiya vasitəilə Yer kürəsinin səthindəki, yuxarı təbəqəsindəki
Günəş, külək və yerin altındakı istilik enerjisinin cəmindən istənilən
miqdarda tükənməyən, stabil elektrik enerjisini almaq mümkündür. 

2. Qurğunu nefti tükənmiş və ya yerini su tutmuş quyuların üzərində
quraşdırmaq olar. Onun üçün buruğun yuxarı hissəsinə pər və kompressor
quraşdırmaq lazımdır. 

3. Qurğudan avtonom, stabil və tükənməyən elektrik enerjisinin alınması ekoloji və iqtisadi cəhətdən çox sərfəlidir. 

4. Günəş və küləkdən alınan enerjini yerin dərinliyində istənilən müddətdə və miqdarda toplamaq mümkündür. 

5. Enerjini uzaq məsafəyə vermək üçün borudan başqa heç bir əlavə ötürücü qurğudan istifadə etmək lazım gəlmir. 

6. Müasir dövrdə yer kürəsindəki kömür, neft və qazla işləyən
elektrik stansiyalarını bu qurğu ilə əvəz etmək mümkündür. Bu isə kömür,
neft və qazın qorunması deməkdir. 

7. Hava anbarı və elektrik stansiyası yerin altında olduğu üçün təhlükəsizdir və onu hərbi yolla dağıtmaq mümkün deyil. 

8. Hava anbarı və elektrik stansiyası yerin altında olduğu üçün yerin səthindən istifadə olunmur. 

9. Stansiya ənənəvi yanacaq növlərindən (kömür, qaz, neft) istifadə etmir. 

10. Stansiyaya heç bir yanacaq daşınmır. 

11. Stansiya üçün heç bir yanacaq istehsal olunmur. 

12. Günəş və Küləyin enerjisi dəyişkən olmasına baxmayaraq bu stansiyanın verdiyi elektrik enerjisi stabil və tükənməzdir. 

13. Günəş və Küləyin enercisini bir yerə toplamaq mümkündür. 

AMEA Radiasiya Problemləri və Geologiya Institutları bu işin pilot
layihəsini hazırlayaraq müvafiq orqanlara verib. Baxmayaraq ki, bu gün
alternativ enerji mənbələrindən istifadə və bu istiqamətdə işlərin
sürətləndirilməsi ən vacib məsələlərdən biridir, indiyə qədər həmin
orqaqnlar tərəfindən konkret addım atılmayıb. Istifadə edilməyən Günəş
və külək enerjisi Azərbaycanın itirilmiş qiymətli sərvətidir. Başqa
sözlə desək, Günəş və küləyin tükənməyən enerjisi əldəki uça bilən
qiymətli şardır, əlindən buraxdınızsa sizin deyil. 

Son illərdə Azərbaycanda yenisi əmələ gəlməyən neft hasilatı 51
milyon tondan 43 milyon tona düşüb. Azalma prosesi dayanmadan davam
edir, lakin daimi və bol olan Günəş və Külək enerjisindən imkan olduğu
və xəbərdarlıq edildiyi halda lazımi səviyyədə istifadəyə yol açılmır.
BP şirkəti bildirir ki, qaz ehtiyatı  mövcud tələbata əsasən 56 il üçün
dünyaya kifayət edəcək. (azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9044

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31