Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb
Cumhuriyyet.az Nazirliyin saytına istinadən xəbər verir
ki, Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə
müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il
tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974
vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim
edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223),
Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə
müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki,
kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat
(225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük
təşkil edir. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron
ərizələrin qəbulu 15 iyul 2014-cü il tarixində saat 18:00-da başa
çatacaq. 16-19 iyul 2014-cü il tarixlərində imtahan qrupları
formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə
imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=9056