Erməni çox yaxşı insandır
kimi “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan Səbinə
Rəhimovanın erməni tələbə Levon Harutyunyanla çəkdirdiyi “selfie” böyük
səs-küyə səbəb olub. AzNews.az məsələ ilə bağlı müğənnin münasibətini
öyrənə bilib. O, bildirib ki, Ermənistan dövlətinin Dağlıq Qarabağda
törətdiyi vəhşiliklərdən xəbərdardır və həmin hadisələrə törədənlərə
nifrət edir: “Levon Harutunyan Norveçə yay məktəbinə gəlmişdi. O çox
yaxşı insandır. Biz onunla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da söhbət
etdik. O da bu məsələ ilə bağlı bizim kimi düşünür… İstəyir ki,
müharibə şəraiti bitsin, ədalət yerini tapsın. Mən
bütün ermənilərə nifrət edə bilmərəm, mən Ermənistan hakimiyyətinə
nifrət edirəm. Norveçdə minlərlə erməni yaşayır və onların heç birinin
Qarabağda törədilən vəhşiliklərdə, torpaqlarımızın işğal edilməsində
günahları yoxdur. Biz bütün millətə nifrət etməklə nə qazanacağıq ki?
Biz bu qətliamları törədən, torpaqlarımızı zəbt Ermənistan hakimiyyətinə
nifrətimizi bəyan edirik… Qoy bu məsələdə ədalət hissi, insanlığı
olan ermənilər də bizə dəstək olsun. Çünki işğalçı və qaniçən bir
dövlətin vətəndaşı olmaq heç kimə başucalığı gətirmir. Xüsusən də
Avropada”.
çəkdirdiyi fotonun altında “Bütün qafqazlılar birlikdə” şərhini yazıb.
Norveçin paytaxtı Oslo şəhərində təhsil alan Rəhimova bu ölkənin
vətəndaşı ilə nişanlıdır.


Short URL: http://www.cumhuriyyet.net/?p=9060