6 ayda Silahlı Qüvvələr 47 nəfər itirib
2014-cü ilin ilk 6 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə
sektoru 47 nəfər itirib. 10 nəfər cəbhə xəttində atəşkəsin pozulması
nəticəsində, 3 nəfər mina partlayışında həlak olub. İtkilərin 34-ü isə
qeyri-döyüş itkisidir.
Məlumata görə, 6 ayda 6 hərbçi qeyri-nizamnamə hərəkətlərinin qurbanı
olub, 7 nəfər xəstəlikdən dünyasını dəyişib, 11 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə
Nazirliyinin, 2-si Daxili Qoşunların, 2-si Dövlət Sərhəd Xidmətinin
hərbi qulluqçusu olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9062