İcra başçısı iş adamını döydü?
Bu
barədə gunxeber.com-a rayon sakinləri məlumat verib. Məlumatda iddia
edilir ki, hadisə iki gün öncə icra başçısı Vaqif Abdullayevin Daşburun
stansiyası istiqamətində fəaliyyət göstərən “Xan Bağı” restoranında
istrahət etdiyi vaxt baş verib. Rayon sakinləri iddia edir ki,
restoranda qonaq olan icra başçısı nədənsə əsəbləşib və restoran
müdirini yanına çağırıb. Bu zaman mübahisə baş verib və icra başçısı
restoran müdirini sillə ilə vurub. Daha sonra restoran müdiri icra
başçısının arxasınca icra hakimiyyətinə gəlib və mübahisəni orada davam
etdiriblər.
Beyləqandan aldığımız məlumatlardakı iddeialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=9064