Salyanda polis özbaşınalığı
Azər Tağıyev Salyanda rekertlik edir.
Salyan
rayon polis şöbəsi haqda cumhuriyyet.az-a ilginc məlumat daxil olub. Rayondakı
mənbənin sözlərinə görə rayon polis şöbəsinin əməliyyat işlər ürzə rəis müavini Azər Tağıyev Salyan rayon
polis idarəsinin rəisinin xeyir duası
ilə rayon polis idarəsində işləyən zabit və cavuş heyyətindən bütün bayram
tədbirləri üçün 50 manatdan 200
manatadək pul tələb edir. Bunu səbəbini
öyrənmək istəyən polislərə A.Tağıyev onlara belə cavab verib ki: “DİN-nin və digər hüquq
mühafizə organlarında işləyən yüksək çinli, vəzifəli şəxslərə bayram sovqatı
göndərirəm. Buna görədə kim polis
orqanlarıda qalıb işləmək istəyir yuxarılara pul ötürməlidir. Əks halda
ərizəsin yazıb gedə bilər. Polisdə
işləmək istəyənlər doludur.”
Qarşıdan
gələn 2 iyul polisin peşə bayramı
münsibəti ilə A.Tağıyev hər bir polis nəfərindən DİN-yində və digər polisin işinə nəzarət edən
organların vəzifəli şəxslərinə pay
göndərmək adı ilə polis işçilərindən 100
manat tələb edir. Bu hallardan cana doyan polislər məsələni mətbuata çıxarmağa və mövcüd korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqdan
DİN-ə və Baş prokroluq yanında
korrupsiya idarəsinə şikayət ediblər.
Adlarının çəkilməsini istəməyən Salyan rayon polis idarəsinin əməkdaşları işdən
qovulmaqdan ehtiyat edirlər. Onlar cumhuriyyet.az-a bildirillər ki, belə hallar
dəfələrlə olur, kim rəhbərliyə tabe olmur onlara qarşı çıxır onun günün qara edirlər, hər bayram
naryada salırlar, yaşayış yeri rayonun
bir tərəfindədirsə onu rayonun ucqar kəndlərinə təhkim edirlər.Nəqliyyatında
pis işlədiyi rayonda hər gün cavuş və zabit heyyəti 70-
80 km yol qət edərək işə
gedib gəlməli olur. Rayon yerində iş tapmaq çətin olduğundan əhali ancaq dövlət orqanlarında işləməyə üstünlük
verir, burada da işə düzəlmək çox
çətindir.
Belə
neqativ hallar Salyan rayonunda
fəaliyyət göstərən “Demokratiyaya yardım” İctimayi Birliyinin sədri Emil Məmmədovun həbsindən sonra bütün
idarə və müəssisələrdə acıq şəkil alıb.
Rayon içtimayətinin hətta dövlət
organlarında işləyən yap-çılar belə
ruşvət və korrupsiya hallarından İctimayi Birliyə küllü miqdarda müracət daxıl
olmuşdur. Emil Məmmədovun həbsi royonda yeni abi-hava yaradıb.İndi birokratiya və rüşvət açıq formadadır. Bütün bu neqativ
halardan rayonun icra hakimi Tahir Kərimovun xəbəri olsada heç bir tədbir görmür.
Short URL: http://www.cumhuriyyet.net/?p=9065