Zakir Həsənovun "öldürün! əmri ilə bağlı açıqlama

01.07.2014 - 14:57

“Ermənistan
tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu
istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki
imkanlara malikdir”. 
Bunu
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif
Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra
ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi
təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması
barədə xüsusi tapşırıq verməsinə dair yayılan informasiyanı şərh
edərkən deyib.
V.Dərgahlı
bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq həm
postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə
dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: “Hətta
müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət
olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət
etməyib”.
Onun
sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki
vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq
humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət
edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı
müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya
İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur:
“Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını
pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması
vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər
görülməlidir”.
Qeyd
edək ki, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc
sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz
tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi
tapşırıq verib.
Nazir
hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş
açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə
hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.
Trend

Short URL: http://www.cumhuriyyet.net/?p=9070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31