İcra başçısı mətbuat və şikayətçilərlə savaşa hazırlaşır
Ağcabədi
rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında yazılan tənqidlərə və
eləcə də sırf informasiya xarakterli xəbərlərin yayılmasına aydınlıq gətirmək,
təkzib etmək əvəzinə mətbuat və ondan şikayət edən rayon sakinlərinə qarşı məhkəmə
davaaları açmaq qərarına gəlib. Ağcabədi rayonundan aldığımız məlumata görə,
rayonda baş verən korrupsiya və rüşvətxorluq hallarına qarşı etiraz səslərini
ucaldan vətəndaşların prokurorluq və məhkəmə vasitəsilə qorxudulması prosesi
başlayıb. Belə ki, Ağcabədi rayon Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyev
artıq prokurorluğa çağrılıb. Onun prokurorluğa çağrılması icra başçısının
birinci müavini Rövşəh Əhmədovun və bu şəxsinin qardaşlarının şikayəti əsasında
həyata keçirildiyi bildirilir. Qeyd edək ki, Bulud Quliyevin araşdırmaları
zamanı icra başçısının birinci müavini Rövşən Əhmədovun hələ 1986-cı ildə tibbi
xidmətə yararsız olduğu üçün hərbi xidmətdən azad edildiyi üzə çıxımışdı.
Ağcabədi
rayonundan verilən məlumata görə, iyunun 30-da icra başçısı Şahin Məmmədov İcra
Hakimiyyətinin hüquq şöbəsinə onun haqqında tənqidi matrellar dərc edən, eləcə
də icra başçısının sərvəti haqqında məlumat yayan sayt və qəzetləri məhkəməyə
verməyi tapşırıb. Çox maraqlıdır ki, icra başçısının bu mövqeyi prezident İlham
Əliyevin Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmamsı
haqqında ATƏT və Avropa Şurasının yüksək tribunalarından verdiyi bəyanatlara
tamamilə ziddir. Ağcabədi rayon icra başçısının hansı qəzet və saytlları məhkəməyə
verməcəyi isə yaxın günlərdə məlum olacaq. Əgər Şahin Məmmədov onun haqqında tənqidi
məlumatlar dərc edən qəzet və saytlarım hamsıı ilə bağlı məhkəməyə müraciət etsə,
ölkənin əksər sayt və qəzetləri məhkəmə çəkişməsinə cəlb olunacaq. Prezident
İlham Əliyevin ATƏT və Avropa Şurasında bəyan etdiyi siyasətin əleyhinə olaraq
belə addım atmaq isə icra başçısına uğur vəd etmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9071