Ermənilərin növbəti işğal hədəfi Gürcüstan

01.07.2014 - 16:01

Gürcüstanın Samsxe-Cavaxetiya və
Kvemo-Kartli bölgələrində yaşayan  ermənilər rəsmi Tiflisin Avropa
Birliyi ilə Assosiasiya haqqında razılaşmasını dəstəklədiklərini bəyan
ediblər. Lakin ermənilərin bununla bağlı şərtləri də var.

Publika.az gürcü mediasına istinadən xəbər verir ki, Samsxe-Cavaxetiya və Kvemo-
Kartli erməni təşkilatlarının məsləhət şurası bəyan edir ki, onlar bunu
dəstəkləyirlər: “Avropa prinsipləri Gürcüstanın erməni əhalisi üçün
münasibdir. Bizim əhalimiz öz gələcəyini Avropa ailəsində görür, hansı
ki burda heç bir diskriminasiya olmayacaq. Biz ümid edirik ki, Avropa
yolunu seçmiş Gürcüstan tələblərimizi nəzərə alacaq. Bu tələblər Avropa
prinsiplərinə və Gürcüstanın maraqlarına əsaslanır”.

Ermənilərin prinsipləri bunlardır:

1. Erməni dilinə regional statusun verilməsi.

2. Ermənilərin çoxluq təşkil etdiyi şəhərlərə özünüidarəetmə hüququnun verilməsi.

3. Ermənilərə aid ictimai təşkilatlar, dinlər, mədəni azadlıqlar və
təhsil müəssisələrinə qarşı aparılan siyasətin dayandırılması.

4. Qeyri-leqal yoxlamaların və güc strukturlarının müdaxiləsinin dayandırılması.

5. Mübahisəli hesab edilən kilsələrin qaytarılması.

6. Erməni-gürcü universitetinin yaradılması.

7. Yaşadığımız bölgədə etnik tərkibin süni şəkildə dəyişdirilməsinin dayandırılması.

Short URL: http://www.cumhuriyyet.net/?p=9072

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31