İlham Əliyev iki fərman imzaladı
Azərbaycan
prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl
medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə
qanunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Cumhuriyyet.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, “Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsis edilib.
“Azərbaycan
Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə və medalın
təsviri təsdiq edilib.
Əsasnamədə
qeyd olunur ki, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”
ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm
fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə
elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.
Göstərilən
xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə
təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami
Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.
**
Azərbaycan
prezidenti İlham Əliyev “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”
Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 30 may tarixli 976-IVQD nömrəli Qanununun tətbiqi
haqqında fərman imzalayıb.
Fərmana
əsasən, Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan
Respublikasının yubiley medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra
hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin
icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının
qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya)
buraxılmış zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi
xidmətləri olan digər şəxslər təltif edilirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9074