Mübariz Əhmədzadə büdcəni necə talayır?

01.07.2014 - 17:47

Zaqatala icra başçısının korrupsiya imperiyası
haqda şok məlumatlar

Zaqatala icra
başçısı Mübariz Əhmədzadənin daha əvvəl də mülkləri, obyektləri, bayragı təhqir
etməsi haqda yazmışdıq. Cumhuriyyet.az olaraq bu dəfəki mövzumuz büdcəni necə
ozününküləşdirməsi, talan etməsi haqda olan araşdırmamızdır. Belə ki Zaqatala
şəhəri icra başçısı, “Su Melorasiya” ASC nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı
Mübariz Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində
dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini  özünün yaratdıgı şirkətlərə köçürməklə
mənimsəyir. Bu mənimsəməni isə abadlıq işləri adı altında həyata keçirir.

Zaqatala şəhəri
küçələrindəki evlərin divarlarına çay daşından üzlük çəkilir. Hətta ev
sahibləri buna etiraz etsə belə, onların mülkiyyət hüququ pozulur və adı “şəhərin
abadlaşdırılması” qoyulur. Həmin divarlara vurulan üzlük daşlarının haradan və
neçəyə gətirildiyini araşdırdıqda maraqlı bir mənzərə ilə üzləşdik. Büdcədən 1
kv.m çay daşı üçün 50 manat civarında pul icra başçısının inhisarında olan şirkətlərə köçürülür. Halbu ki həmin
çay daşı Əhmədzadə qardaşlarının böyük biznesinin yerləşdiyi Qax şəhəri İlisu
kəndi ərazisində şəlalə ətrafındakı qayalardan hazırlanır. Həmin ərazidə
Mübariz Əhmədzadə kənd əhalisindən bir neçə nəfəri günlük 10 manat müqabilində
işlədir və hər bir işçi qazanacagı 10 manat üçün 50 kv.m çay daşı
hazırlamalıdır. Sonra bu daşlar Zaqatala şəhərinə daşınır və burda şəhərin
divarlarını “bəzəyir”.  Daha bir maraqlı
məqamı orda işləyən fəhlələr bildirdi. Belə ki fəhlə “Əhmədzadənin fəhlələrindən başqa kimsə, hətta kənd sakini belə özü
üçün çay daşı apara bilməz -başçı buna izin vermir” deyə bildirdi. Görünür
Əhmədzadə kəndi, şəhəri özəlləşdirməsi azmış kimi dagları, qayaları belə
mənimsəyib və özünün icazəsi olmadan kimsə daşa, qayaya belə toxuna bilməz.

Zaqatala şəhərinə
təyinatından əvvəl Qax şəhəri  icra
başçısı olan Mübariz Əhmədzadə eyni üsulla orda da həmin “əməliyyatı” etməsi
gözümüzdən qaçmadı – Qaxın hər küçəsi çay daşları ilə örtülmüşdü. Həmin dönəmdə
Qaxın yarısını, İlisu kəndinin yarıdan çoxunu özəlləşdirməsi hər yerdə gözə
çarpırdı. Bunların sırasında Qax şəhər Avtovagzalı, şəhərin müxtəlif yerlərində
villalar, böyük obyektlər, “El Resort” otel kompleksi, turistik yer olan İlisu
kəndində “Yaşıl Park” otel kompleksi, “Səngər Qala” otel kompleksi,  “Ulu Dag” oteli, torpaq (1 sotu 3000 – 5000 manat
qiyməti olan)sahələri, kəndin mərkəzində bir neşə villa və.s.

Bu qədər talama,
ozəlləşdirmə, korrupsiyaya bulaşmış Mübariz Əhmədzadə hazırda böyrək
çatişmazlıgında əziyyət çəkir. Varidatının saysız – hesabsız olmasına
baxmayaraq əməliyyat oluna bilməməsinin səbəbi şəkərli diabet xəstəsi olmasıdır
və buna görə həkimlər əməliyyata icazə vermir. Mübariz Əhmədzadənin işə çıxa
bilməməsi və ya büdcə üzərində “əməliyyata” başının qarışmasının nəticəsidir ki
Zaqatala şəhərində məmur özbaşınalıgı, bayragı tərs asmaqla dövləti, milləti
təhqir etməsi davam etməkdədir.

Rəsul Mürsəlov

Short URL: http://www.cumhuriyyet.net/?p=9075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31