"Atamın adına olan torpaq satılıb"

01.07.2014 - 18:46

Keçmiş siyasi məhbus, müstəqil jurnalist Fuad Hüseynov prezident
İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədova müraciət edib.

Cumhuriyyet.az-a daxil olan müraciətdə o DƏDRX-nin
16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovu cinayət məsuliyyətinə
cəlb edərək barəsində təsirli tədbirlər görülməsi qeyd edilir. F.
Hüseynov bildirib ki, Ucar rayonunun Azərbaycan küçəsi ərazisində atası
Hüseynov Oktay Qəfər oğluna məxsus 136 kvadratmetr ölçüsü olan torpaq
sahəsi qeyri-qanuni olaraq başqa şəxsə satılıb: “Bu qanunsuzluq Əmlak
Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin 16- saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarov tərəfindən
edilib. Həmin torpaq sahəsi atama 1997-ci idə Ucar rayon İcra
Hakimiyyəti başçısının sərəncamı ilə verilmiş, 25.04.2005-ci il tarixdə
Ucar bələdiyyəsindən alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin Ucar ərazi idarəsində qeydiyyata götürülüb. Hər bir qanunu
sənədlərimiz var. Bütün bunlara baxmayaraq atama məxsus həmin torpaq
sahəsi rayon sakini Qasımov Etibar Sırac oğlunun adına Reyestr
idarəsinin rəisi Ədalət Cabbarov tərəfindən sənədləşdirilib. Bundan
sonra həmin şəxs torpaq sahimizdə tikinti işlərinə başlamasına cəhd
göstərib. Şikayətimizdən sonra Ucar bələdiyyəsinin müdaxiləsi ilə
qanunsuz tikinti dərhal dayandırılıb. Ucar bələdiyyəsi və Torpaq və
Xəritəçıkmə Komitəsinin Ucar rayon şöbəsi bunun tam qanunsuz olduğunu
bildirirlər”. 

Şikayətçi bildirir ki, atası 20.02.2014 tarixində
dünyasını dəyişib. “Qanuna əsasən şəxsin ölümündən 6 ay sonra onun
mülkiyyəti üzərində sahiblik hüququ yaxın qohumuna keçməlidir və müvafiq
orqanlar tərəfindən bu istiqamətdə sənədləşdirmə aparılmalıdır. Qeyd
edim ki, DƏDRX-nin 16-saylı ərazisi idarəsinin rəisi Ədalət Cabbarov
rayon sakini Kütah Əliyevanın da torpaq sahəsini həmin Qasımov Etibar
Sırac oğlunun adına qanunsuz olaraq qeydiyyata salıb. Biz də, Kütah
Əliyeva da DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovun
bu qanunsuz əməlləri barədə mərkəzi orqanlara şikayət ərizələri ilə
müraciətlər etmişik. Bu açıq-aşkar cinayət faktıdır ki, Ədalət Cabbarov
vəziəfə səlahiyyətlərindın sui-istifadə edərək bunu törədib.Onun bu
əməli Azərbaycan Respublikası CM-nin 308,309,313-cü maddələrinin
tərkibini yaradır”.

"Atamın adına olan torpaq satılıb"

Short URL: http://www.cumhuriyyet.net/?p=9079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31