Sərxoş halda polislə dava saldığı deyilən rəis danışdı
Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa
Mehtalayevin polis bölməsinə aparılması ilə bağlı bu gün bəzi KİV-də
yayılan xəbərlərı rəisin özündən reaksiya gəlib.
Virtualaz.org saytının xəbərinə görə,
“Azadinform” agentliyinə açıqlama verən M.Mehtalayev belə bir hadisənin
baş vermədiyini və heç kimin də sərxoş olmadığını söyləyib.
“Tədbir başlayan zaman polislə başqa bir qonaq arasında anlaşılmazlıq
yarandı və mən müdaxilə edib aranı sakitləşdirdim. Sona qədər
qonaqlarla tədbirdə əyləşmişik, yay fəsli olduğu üçün Qubada tanınmış
müğənnilərin konsertlərinin təşkili ilə bağlı müzakirələr aparmışıq” –
deyən M.Mehtalayev gənclər üçün təşkil edilən tədbirdə bəzi KİV-in
yazdığı kimi fövqəladə bir şeyin baş vermədiyini söylədi.
* * *12:27
Qubada Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaşanıb.
Quba Rayon Polis Şöbəsindən ANS PRESS-ə verdiyi məlumata görə, tədbir Quba rayon mərkəzində baş tutub.
Tədbirdə iştirak edən Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi
Mustafa Mehtalayevlə polislər arasında insident baş verib. İnsident
zamanı M.Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə
tabe olmayan Mustafa Mehtalayev bölməyə aparılıb. Bölmədə müəyyən
ediblər ki, saxlanılan şəxs sərxoşdur.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə
inzibati qaydada qərar qəbul edilib. Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9081