ABŞ kəşfiyyatı İlham Əliyevi izləyirmiş

02.07.2014 - 01:00

“The Washington Post” qəzeti ABŞ Milli Kəşfiyyat Agentliyinin
Azərbaycan hökuməti barədə kəşfiyyat məlumatları toplamasına icazə
verən tam məxfi qrifli hökumət sənədini yayıb. Virtualaz.org saytıxəbər verir ki, sənəd 2010-cu ildə imzalanıb.

Orada göstərilir ki, Milli Kəşfiyyat Agentliyi “Xarici kəşfiyyat
fəaliyyəti haqqında” qanun əsasında Azərbaycan da daxil olmaqla dünyanın
193 ölkəsinin hökuməti barədə kəşfiyyat məlumatlarını toplamaq
səlahiyyəti verilib.

Sənədə əsasən Milli Kəşfiyyat Agentliyi bu məlumatlar xaricdəki
Amerika şirkətləri vasitəsilə də əldə edə bilər. Sənəd 2010-cu il,
iyulun 16-da möhürlənib.

ABŞ kəşfiyyatı izləmək üçün aşağıdakı ölkələrin hökumətlərini seçib:

Əfqanıstan, Albaniya, Əlcəzair, Andorra, Anqola, Antiqua və Barbuda, Argentina, Ermənistan, Avstriya, AZƏRBAYCAN, Baham
adaları, Bəhreyn, Banqladeş, Barbados, Belarus, Belçika, Beliz, Benin,
Butan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Burundu, Kamboca,
Kamerun, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Çili, Çin,
Kolumbiya, Komor adaları, Konqo Demokratik Respublikası, Konqo
Respublikası, Kosta-Rika, Kot dİvuar; Xorvatiya; Kuba; Kipr; Çexiya;
Danimarka, Cibuti, Dominika, Dominikan Respublikası, Şərqi Timor,
Ekvador, Misir, Salvador; Ekvatorilal Qvineya; Eritreya; Estoniya;
Efiopiya; Fici; Finlandiya; Fransa; Qabon; Qambiya; Gürcüstan; Almaniya;
Qana; Yunanıstan; Qrenada; Qvatemala; Qvineya; Qvineya-Bisau; Qayana;
Haiti; Honduras; Macarıstan; İslandiya; Hindistan; İran; İraq;
İrlandiya; İsrail; İtaliya; Yamayka; Yaponiya; İordaniya; Qazaxıstan;
Keniya; Kiribati; Koreya Xalq-Demokratik Respublikası; Koreya
Respublikası; Kosovo; Küveyt; Qırğızıstan; Laos; Latviya; Livan; Lesoto;
Liberiya; Liviya; Lixtenşteyn; Litva; Lüksemburq; Makedoniya;
Madaqaskar; Malavi; Malayziya; Maldiv adaları; Mmalta; Marşall adaları;
Mavritaniya; Mavrika; Mozambik; Namibiya; Nauru; Nepal; Niderland;
Nikaraqua; Niger; Nigeriya; Norveç; Oman; Pakistan; Palau; Panama;
Papua-Yeni Qvineya; Paraqvay; Peru; Filippin; Polşa; Portuqaliya; Qətər;
Rumıniya; Rusiya; Ruanda; Sent-Kits və Nevis; Sent-Lyusiya;
Sent-Vinsent və Qrenadina; Samoa; San-Marino; San-Tome və Prinsipi;
Səudiyyə Ərəbistanı; Seneqal; Serbiya; Seyşel adaları; Sierra-Lione;
Serbiya; Slovakiya; Sloveniya; Solomon adaları; Somali; CAR; İspaniya;
Şri-Lanka; Sudan; Surinam; Svazilend; İsveç; İsveçrə; Suriya; Tayvan;
Tacikistan; Tanzaniya; Tailand; Toqo; Tonqa; Trinidad və Tobaqo; Tunis;
Türkiyə; Türkmənistan; Tuvalu; Uqanda; Ukrayna; Birləşmiş Ərəb
Əmirlikləri, Uruqvay, Özbəkistan,

Vanautu; Vatikan; Venesuela, Vyetnam; Qərbi Saxara, Yəmən; Zambiya, Zimbabve.

Həmçinin sənədə əsasən ABŞ kəşfiyyatı bir sıra beynəlxalq
təşkilatları, o cümlədən Dünya Bankını, Avropa Mərkəzi Bankını, Avropa
İttifaqını, Afrika Birliyini, Asiya İnkişaf Bankını və s. izləmək
ixtiyarına malikdir.

ABŞ-ın xarici kəşfiyyat qanununa edilmiş düzəlişə görə, hər il Ali
Məhkəmə tərəfindən Milli Kəşfiyyat Agentliyinin kəşfiyyat məlumatları
toplamaq üçün izləyə biləcəyi ölkələrin və şəxslərin siyahısı
təsdiqlənməlidir. Bu sənəd də həmin düzəlişə əsasən imzalanıb və Mərkəzi
Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin Milli Kəşfiyyat
Agentliyinin məlumat bazasından ələ keçirilmiş məxfi sənədlər
arasındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31