Türkiyəni çökdürən namizəd

02.07.2014 - 01:35

Ərdoğan milli maraqları hakimiyyətə qurban verir

Ərdoğan milli maraqları hakimiyyətə qurban verir
 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün keçirilən
toplantısında baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi şəkildə prezidentliyə
namizəd oldu.
Dünən
isə Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Selahattin Demirtaş
Türkiyə prezidentliyinə namizəd olduğunu açıqlayıb. Kürdlərin namizədi
olan Demirtaş açıqlamasında bunları deyib: “Xalqın adından Çankayaya
namizədik. Xalqın içindən çıxmış deyilik, xalqın içindəyik”.
Prezidentliyə digər namizəd isə Ekmeleddin İhsanoğludur. O, Türkiyə müxalifətinin vahid namizədi kimi seçkilərə qatılıb.
Son
bələdiyyə seçkiləri prezident seçkiləri öncəsi Türkiyədəki ümumi siyasi
mənzərənin görüntüsünü sərgilədi. Yüksək seçici aktivliyi ilə keçən
seçkilər Türkiyəni demək olar ki, ikiyə parçalanmış şəklini göstərdi.
Hakim partiya ümumi səslərin 43,32%-ni aldığı halda, əsas müxalifət
partiyaları CHP ilə MHP birlikdə 41,42% səs toplamışdılar. Səslərin
6,61%-ni kürt partiyaları hesab olunan təşkilatlar, yerdə qalan 8% səsi
isə, digər kiçik partiyalar bölüşmüşdülər.
Seçkilərdə
əsas mübarizənin Ərdoğanla İhsanoğlu arasında olacağı
proqnozlaşdırılır. Yəni mübarizə sağ və sol mərkəzçi, əsasən kamalist
ideyalarını daşıyan əsas müxalifətlə islami və əsasən sağ təmayüllü
qüvvələr arasında olacaq. Ancaq ikinci turun olması ehtimalı çox
böyükdür. Və ikinci turda kim kürdlərin səsini ala bilsə seçkinin qalibi
də olacaq. Baş nazir artıq kürdlərə mesajını göndərib. İraqda baş
verənlərlə bağlı Financial Times-a müsahibə verən AKP-nin mətbuat katibi
Hüseyn Çelik deyib ki, İraq bölünərsə Kürdüstan qardaşımızdır:
“Müstəqil Kürd dövləti ideyası bizi əvvəlki kimi narahat etmir”. AKP
nümayəndəsinin Ərdoğanın rəsmi namizədliyindən iki gün əvvəl deyilmiş bu
sözləri seçkiqabağı kürdlərə ünvanlanmış mesaj kimi qəbul etmək olar.
Halbuki
Türkiyədə bir neçə il bundan öncə heç kimsə cürət edib kürd dövlətinin
yaradılması ideyası barədə müsbət fikir belə söyləyə bilməzdi. İndi isə
ərazisində 15 milyona yaxın kürdün yaşadığı və Türkiyənin ərazi
bütövlüyü üçün potensial təhlükə ola biləcək kütlənin səsini almaq üçün
onlara sərhəddə, qonşu İraqda dövlət qurmaq haqqı tanınır. Bu,
Türkiyənin milli maraqlarının avtoritarlaşmaqda olan hakimiyyətin
liderinin şəxsi maraqlarına qurban verilməsi deməkdir.
“Qonşularla
sıfır problem” devizi ilə hakimiyyətə gələn Ərdoğan Türkiyə üçün xarici
siyasətdə kifayət qədər problem yaratdıqdan sonra indi də iqtidarı
qorumaq naminə ölkəni çalxalayacaq hadisələrə imza atır.
İslam
Konfransı Təşkilatının keçmiş başçısı İhsanoğlu isə həm islami
çevrənin, həm də kürdlərin müəyyən səsini qoparmaq niyyətindədir.
Namizədliyi irəli sürüldükdən sonra Ekmeleddin İhsanoğlu verdiyi ilk
açıqlamada “birlik və qardaşlıq” çağırışlarını səsləndirmişdi. O, hələ
ki, Türkiyənin sərhəddində yaranmaqda olan Kürdüstan dövləti ilə bağlı
münasibət bildirməyib. Ərdoğanın hakimiyyətdən getməsini istəyən digər
müxalifət partiyaları – DYP, ANAP, DSP və digərlərinin də səslərini
Ekmeleddin İhsanoğluna verəcəyi ehtimalı böyükdür.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=9090

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31