Meşələr icarəyə verilir?
respublikanın səfalı guşələri, eləcə də, meşə sahələri Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin regional şöbələri tərəfindən müxtəlif iş
adamları və sahibkarlara uzunmüddətli rəsmi icarəyə verilir. Burada iş
adamları yayda istirahət etmək üçün rayonlara üz tutan insanlara xidmət
göstərməklə yanaşı külli miqdarda qazanc əldə edirlər.
Məlumata görə, bağlanan icarə müqavilələrində rəsmi
qiymətlər 300-500 manat çivarında göstərilsə də, faktiki qiymətlər
başqadır. Üstəlik bu ərazilər hər kəsə deyil, regional idarələrin
rəhbərlərinə yaxın olan şəxslərə verilir. İş adamlarından birinin
saytımıza verdiyi məlumata görə, real rəqəmlər isə 2000-3000
arasındadır. Yəni, icarə müqaviləsində 300-500 manat göstərilsə də,
real alınan pulun miqdarı 2000-3000 manatdır. Sahibkar bildirir ki, bu
pul nazirliyin regional şöbələrinin rəhbərlərinə çatır. Onlar da
yuxarıların hesabını çatdırırlar. Həmçinin qeyd olunur ki, bütün icarə
müqavilələrinin “hesab dəftəri” nazirliyə göndərilir.
Yay mövsümündə meşə sahələrini icarəyə vetməklə nazirliyin
regonal şöbələri külli-miqdarda pul yığır. Qiymətlərin bir qədər aşağı
olmasını tələb edən sahibkarlara isə “bu nazir Hüseynqulu Bağırovun
qoyduğu qiymətlərdir” cavabı verilir. Beləliklə, milli sərbətimiz olan
meşələrin hesanına nazirliyin rəsmi şəxsləri külli miqdarda pul
qazanırlar. Ən acınacaqlısı odur ki, bu qədər pul vergidən yayındırılır
və dövlət büdcəsinə daxil olmur(Bizimxeber.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=9091